thumb|240px
Herbert fon Karayan (; ) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur.
Genealogiyası Karayanlar nəsli yunan-makedonCramer, Alfred W. (2009). Musicians and Composers of the 20th Century-Volume 3. Salem Press. p. 758. ISBN 1-58765-515-2, 9781587655159. "The Life Herbert Ritter von Karajan (fahn KAHR-eh- yahn) was born to Ernst and Martha von Karajan, an upper-class family of Greek-Macedonian origin."Paul Robinson, Bruce Surtees (1976). Karajan. Macdonald and Janes. p. 6. "Herbert von Karajan was born in Salzburg April 5, 1908. Though an Austrian by birth, the Karajan family was actually Greek, the original surname being Karajanis or "Black John". The family had migrated from Greece to Chemnitz, Germany, and from there to Austria about four generations before Herbert." və ya Devid Binderin iddiasına görə arumın mənşəlidirBinder, David. "Vlachs, A Peaceful Balkan People" in Mediterranean Quarterly və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür.
Karayan və səsyazma Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır. Həmçinin iddialara görə əvvəllər 60 dəqiqəlik olması nəzərdə tutulan kompakt-disklərin fon Karayanın xahişi ilə Bethovenin 9-cu simfoniyasının yerləşə bilməsi üçün 74 dəqiqəlik olmasına qərar verilmişdir.http://www.snopes.com/music/media/cdlength.htm
NSDAP-yə üzvlüyü thumb|240px|Herbert fon Karayan 1941-ci ildə səhnədə 1933-1945-ci illərdə nasist partiyasının üzvü olması onun haqqında mənfi reputasiya formalaşdırmışdı. O partiya mənsubiyyətini inkar etməyə cəhdlər etsə də, sənədlər bunun əksini sübut edirdi.„Die NSDAP ist nicht der Alpenverein“, Eleonore Büning, 23. Jänner 2008, S. 11, (RTF-Datei, S. 17) Hətta 1938-ci ildə Yozef Gebbels onun haqqındakı məqaləsini "Möcüzəvi Karayan" adlandırmışdı. Gerinq və Gebbelsin sevimlisi olan Karayan bir çox konsertlərini nasist Almaniyasının hərbi marşlarından olan "Hörst Vessel" mahnısı ilə açardı. İsaak Stern və İtsxak Perlman kimi musiqiçilər onunla eyni konsertə çıxmaqdan imtina edirdilər.
Xarici keçidlər
Herbert fon Karayan mərkəzinin saytı Herbert fon Karayan haqqında ingilisdilli sayt Osborne R. Herbert von Karajan. A Life in Music Northeastern University Press, Boston, 2000 Vaughan R. Herbert von Karajan. A Biographical Portrait W.W.Norton&Company, New York, London, 1986 Robinson P.E. Herbert von Karajan. The Maestro as Superstar iUniverse, Inc. New York, 2007 Ernst Haeusserman: Herbert von Karajan. Biographie. Goldmann, München 1983, ISBN 3-442-33100-5.
İstinadlar
Kateqoriya:Avstriya dirijorları Kateqoriya:Avstriya mədəniyyəti Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:RCA Records artistləri