Mortal Kombat - "NetherRealm Studios" oyun şirkəti tərəfindən 2011-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun "Warner Bros. Interactive Entertainment" oyun şirkəti tərəfindən istehsal edilmişdir. Videooyun "Mortal Kombat: Armageddon" seriyasının süjetini davam etdirir. Həmçinin, bu seriyada ilk üç seriyanın hekayəsi izah olunur. Bu seriyada döyüş növləri 2D seriyalarına bənzəyir. Döyüşlər əvvəlki kimi 2D ölçüdə keçirilir. Döyüşçülər və arenalar isə 3D qrafikində hazırlanmışdır. 2011-ci ildə PlayStation 3 və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2012-ci ildə "PlayStation Vita" platforması üçün videooyunun portativ versiyası hazırlanmışdır. Həmin ildə videooyunun geniş versiyası "Mortal Kombat: Komplete Edition" adı ilə "PlayStation 3" və "Xbox 360" platformaları üçün istehsal edilmişdir. 2013-cü ildə "Mortal Kombat: Komplete Edition" adı ilə Microsoft Windows platforması üçün istehsal edilmişdir.

Xarici keçidlər Thememortalkombat.com Netherrealm Studios.com

Kateqoriya:Mortal Kombat Kateqoriya:2011-ci ilin videooyunları Kateqoriya:Qarşı-qarşıya faytinq oyunları Kateqoriya:Elmi fentezi videooyunları Kateqoriya:Elmi fentezi videooyunları Kateqoriya:Zaman səyahəti haqqında videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Videooyun rebutları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Windows videooyunları