İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış"Virgin Birth " britannica.com Retrieved October 22, 2007. və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.
Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir.
Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.
Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir.Qur'an 3:45, 3:47, 3:59, 66:12. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.Qur'an 2:87, 2:253, 4:157, 4:171, 5:46, 5:72, 5:75, 5:112, 5:114, 5:116, 9:31, 43:57, 61:6, 61:14.
Digər doktrinalardan fərqi thumb|270px|Vilyam Buqro tərəfindən çəkilmiş Müjdə əsəri. Mələyin əlində tutduğu ağ zanbaq katolik ikonaqrafiyasında Məryəmin bakirəliyinin simvoludur.
İsanın Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi əksər hallarda Roman Katolik Kilsəsinə məxsus olan və İsanın Məryəm ana tərəfindən normal şəkildə dünyaya gətirildiyini, lakin bunun anadangəlmə günahdan qaynaqlandığını ehtiva edənA history of the church in the Middle Ages by F. Donald Logan 2002 ISBN 0-415-13289-4 page 150 Ləkəsizlik Anlayışı ilə qarışdırılır. Halbuki İsanın bakirədən doğulması İsanın doğulması ilə əlaqləli olduğu halda, Ləkəsizlik Anlayışında bu Məryəmin doğulması ilə bağlanılır. Bu Roman Katolik kilsəsinə məxsus Ləkəsizlik anlayışında bu cür göstərilir: “Müqəddəslərin müqəddəsi Bakirə Məryəm, hər şeyə qadir, tək və böyük Allah tərəfindən yaradılarkən, ona insanlığın Xilaskarı olan İisus Xristosu dünyaya gətirmək fəziləti bəxş edilmiş və bunun sayəsində o, ömrünün sonuna kimi, bütün günahlardan kənar və ləkəsiz qalmışdı.”Catechism of the Catholic Church, 491 .
İsanın bakirədən doğulması anlayışı eyni zamanda, bir çox xüsusiyyətlərinə görə Məryəmin daimi bakirəliyi əsasında bakirədən doğulma anlayışını izah edən digər doktrinalardan da fərqlidir.<ref name=Miravalle56 >Mark Miravalle, 1993, Introduction to Mary, Queenship Publishing ISBN 978-1-882972-06-7, pages 56-64</ref>Mary in the New Testament edited by Raymond Edward Brown 1978 ISBN 0-8091-2168-9 page 273
Əhdi Cədid
Erkən xristian qaynaqlarında İsa haqqında olan məlumatlar əsasən onun doğulması və ölümünü əhatə etsə də, erkən kilsə qurumları onun həyatının xronologiyasını bərpa etməyə diqqət yetirmişlər.Raymond E. Brown, in The Birth of the Messiah, pages 26-28Robert J. Karris (editor), Collegeville Bible Commentary 1992, p. 939 Erkən xristinlar arasında inanc baxımından heç bir fərq yox idi və İsanın doğulması haqqında İncillərdə olan fərqli məqamların sonradan əlavələr nəticəsində meydana gəlməsi ehtimal edilir. Lakin İsanın doğulması hadisəsinin Luka və Matfeydə verilmiş təsvirlərinin müqayisəsi bakirədən doğulma, Betleyemdə doğuş, Nazaretdə keçən uşaqlıq kimi müxtəlif məqamların xeyli ümumi cəhətlərlə təsvir edildiyini ortaya çıxarmışdır.The new Westminster dictionary of church history, Volume 1 by Robert Benedetto 2008 ISBN 0-664-22416-4 page 351The Origins of the Gospel According to St. Matthew by George Dunbar Kilpatrick 2007 ISBN 0-86516-667-6 page 54.
İncillər
İsanın doğulması haqqında məlumat dörd kanonik incildən yalnız ikisində Luka və Matfeyin incillərində vardır. Lukanın təsvir etdiyi hadisənin mərkəzində Məryəm dayansa da, Matfeyin təsvir etdiyi hadisənin mərkəzində Cozef dayanır və hər iki incil İsanın insan atası olmadan dünyaya gəldiyini bildirir.Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 page 556Jesus and the Gospels by Clive Marsh, Steve Moyise 2006 ISBN 0-567-04073-9 page 37The Gospel according to Matthew by Leon Morris ISBN 0-85111-338-9 page 26
Nə Luka, nə də ki, Matfey təsvir etdikləri doğum hadisəsinin Məryəm və ya Cozef tərəfindən nəql edildiyini iddia etmirlər.Lord Jesus Christ by Larry W. Hurtado 2005 ISBN 0-8028-3167-2 page 322 Ceyms Hastinqs və Tomas Nyufeld qeyd edirlər ki, İsanın doğulması hadisəsi qəsdən dolaşıq şəkildə təsvir edilərək, əsl həqiqət kiçik erkən xristian toplumları arasında gizlədilmiş və uzun illərdən bəri sirr kimi qorunmaqdadır.A Dictionary of Christ and the Gospels: Volume II by James Hastings 2004 ISBN 1-4102-1788-4 page 805Recovering Jesus: the witness of the New Testament Thomas R. Yoder Neufeld 2007 ISBN 1-58743-202-1 pages 116-123 Ronald Braunriq isə qeyd edir ki, ola bilsin ki, Luka təsvir etdiyi hadisəni Məryəmin, Matfey isə Cozefin vasitəsiylə əldə etmişdir.Who's Who in the New Testament by Ronald Brownrigg 2001 ISBN 0-415-26036-1 page 99
Matfey
Matfeyin İncili İbrahim peyğəmbərdən İosifə qədər olan nəsil şəcərəsinin izlənməsi ilə başlayır, lakin bundan sonra Matfey İosefi “Məsih adlandırılan İsanı doğmuş Məryəmin əri” adlandırır. Mətnin original yunan dilində olan versiyasında işlədilən "ἐξ ἧς" (tək qadın anlamlı ifadə) ifadə, göstərir ki, burada İsanın İosif və Məryəmin övladı olması yox, sırf Məryəmin İsanı dünyaya gətirməsi və ya Cozefin İsanı dünyaya gətirmiş qadınla evlənməsi nəzərdə tutulmuşdur. Lakin elə oradaca qeyd edilir ki, Məryəm hamilə olduğunu öyrəndiyi zaman İosifdən ayrıldı və İsanı dünyaya gətirdikdən sonra da bir daha heç kimlə evlilik münasibətində olmadı.
Matfey daha sonra qeyd edir: Kəhanəti yerinə yetirəcək Peyğəmbərin dünyaya gəlməsi üçün “bu onun bətnində Müqəddəs Ruh tərəfindən yerləşdirilmişdi” : “Bakirə uşaq dünyaya gətirməli və həmin uşağı böyütməli idi", onu “Tanrı bizimlədir” anlamına gələn adla – İmmanuel adlandırmalı idilər.” Tədqiqatçılar “peyğəmbər” sözünün Yesayaya işarə etdiyini bildirirlər. Bəzi V – VI əsr əlyazmalarında bu ifadə elə məhz “Peyğəmbər Yeşaya” şəklində işlədilmişdir.Barbara Aland, et al. Latin New Testament 1983, American Bible Society. ISBN 3-438-05401-9 page 3
Yəhudi dilində xüsusi söz “almah” sözü vardır ki, “qız”, “gənc xanım” və “bakirə” anlamında işlədilir. Matfey 1:22 qeyd edəndə ki, “Bakirə uşaq dünyaya gətirməli idi” o, yunan sözü olan “parthenos” sözünü bakirə anlamında istifadə etmişdir ki, bu da Septuaginta tərcümədə meydana çıxmış və Masoretik tərcümədə yəhudi dilində olan “almah” ifadəsi istifadə edilmişdir.Brown, Raymond E.; Achtemeier, Paul J. (1978). Mary in the New Testament: A Collaborative Assessment by Protestant and Roman Catholic Scholars. Paulist Press. p. 92. ISBN 0-8091-2168-9. Bu yunan tərcüməsində original yəhudi dilində olan mətn tərcümə edilərkən “gənc qadın” anlamında da işlədilən söz yunan dilinə sırf "bakirə" anlamı daşıyan “parthenos” sözü kimi tərcümə edilmişdir.Diarmaid MacCulloch, A History of Christianity, 2009 (Penguin 2010, p. 81). ISBN 978-0-14-102189-8 Reymond Braun qeyd edir ki, ola bilsin ki, yunan dilinə Septuaginta tərcümənin müəllifi yəhudi dilindəki ”almah” sözünün bu mətndə bakirə anlamında istifadə edildiyini zənn etmişdir.
Luka
İsanın doğulması mövzusu Lukanın İncilinin əsas mövzularından biri olmaqla, kitabın mətnin 10% - ə qədərini təşkil edir və bu mətn Matfeyin İncilində İsanın doğulmasını təsvir edən mətndən 3 dəfə uzundur.The people's New Testament commentary by M. Eugene Boring, Fred B. Craddock 2004 ISBN 0-664-22754-6 page 177 İncilində Məryəm bakirə olduğu halda necə hamilə qalmasını və uşaq dünyaya gətirməsini danışır və bunu Tanrının qüdrəti ilə bağlayır. İncilində Matfeyin verdiyi şəcərədən fərqli olan nəsil şəcərəsi də verilmişdir. Lukanın yoxsa Matfeyin verdiyi şəcərənin doğru olması məsələsində tədqiqatçılar müxtəlif fikirlər səsləndirmişlər.John Gresham Machen Virgin Birth of Christ 1987 Page 218 "We shall still be able to say that the difference between the two genealogies, taken broadly, is due to the fact that for the most part — perhaps even in every link except one — the Lucan genealogy traces the actual physical ancestors."
Mələk Cəbrayıl Məryəmə hamilə olduğunu və Müqəddəs Ruhun ona bəxş etdiyi uşağı dünyaya gətirəcəyini söylədikdə, o bunu sevinclə qarşıladı və sevindiyindən dua etdi.An Introduction to the Bible by Robert Kugler, Patrick Hartin ISBN 0-8028-4636-X page 394
Pavelin məktubları
Pavelin məktubları dövrümüzə çatmış ən qədim xristian mətnlərindən biridir. Həmin mətnlərdə də İsanın doğulması hadisəsi təsvir edilmiş və burada da İsanın bakirə ana tərəfindən dünyaya gətirildiyi qeyd edilmişdir. Bu əlyazmada qəribə müqayisə aparılaraq İsanın doğulması Adəmin Şeytana məğlub olması ilə müqayisə edilir və İsa “yaradılmışların ilk doğulmuşu” adlandırılaraq İkinci Adəmin olduğu qeyd edilir.The virgin birth by Robert Glenn Gromacki 2002 ISBN 0-8254-2746-0 pages 220-221The International Standard Bible Encyclopedia by Geoffrey W. Bromiley 1988 ISBN 0-8028-3785-9 page</ref>An introductory dictionary of theology and religious studies by Orlando O. Espín, James B. Nickoloff 2007 ISBN 0-8146-5856-3 page 238Mercer dictionary of the Bible by Watson E. Mills, Roger Aubrey Bullard 1998 ISBN 0-86554-373-9 page 712
Bəzi tədqiqatçılar Pavelin bakirəlik məsələsinin üstündən susqunluqla keçməsini İsanın bakirdən doğulması haqqında mənbələrin olmaması ilə əsaslandırsalar da, Reymond Braun kimi bir qrup tədqiqatçılar da Pavelin məktublarının əsasən rahiblik məsələlərinə həsr olunduğu və bu səbəbdən də İsanın həyatı haqqında məlumatlara səthi yanaşıldığını qeyd edirlər.
Reymond E. Braun qeyd edir ki, göstərilən iddiaların heç birinə əsaslanaraq Pavelin bakirəlik məsələsində nəsə bilib – bilməməsi haqqında fikir yürütmək mümkün deyil. Braun yazır ki, Pavelin İsanın bakirədən doğulması məsələsi üzərində çox dayanmamasının nəyəsə işarə olub – olmadığı haqqında fikir bildirmək çox çətindir. Braun qeyd edir ki, hətta Pavelin bakirəlik məsələsi ilə bağlı susması onun İsanın bakirədən doğulması məsələsini rədd etdiyi anlamına gəlsə belə, bu İsanın bakirə qadın tərəfindən dünyaya gətirilməsi məsələsinin doğru və ya yanlış olmasını sübut etmir və Matfey və Lukanın istifadə etdiyi mənbələrdən təxminən 30 – 60 il sonrakı dövr ərzində müxtəlif dini ənənələr də bu məsələni qarışdıra bilərdi.Brown, The Virginal Conception and Bodily Resurrection of Jesus, p. 61 Başqa tədqiqatçılar isə bakirəlik məsələsində Pavelin məktublarının önəmli mənbə olmadığını, bu mətnlərin xronoloji baxımdan qarışıq olduğunu və mənbədə İsanın həyatına dair çox səthi məlumat verildiyini, hətta Sonuncu şam yeməyi hadisəsinə yalnız Korinf probleminin izahı üçün toxunulduğunu qeyd edirlər.Virgin Birth of Christ by J Gresham Machen 1987 ISBN 0-227-67630-0 page 262