Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti.
Bəhməni sultanlığının yaranması Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi.
Xarici dövlətlərlə münasibət Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu.
Dövlətin süqutu 1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.
Sultanlar Əlaəddin Həsən Bəhmən Şah 1347–1358 I Məhəmməd Şah 1358–1375 Əlaəddən Mücahid Şah 1375–1378 Davud Şah 1378 II Məhəmməd Şah 1378–1397 Qiyasəddin Şah 1397 Şəmsəddin Şah 1397 Tacəddin Firuz Şah 1397–1422 Əhməd Vəli Şah 1422–1436 Əlaəddin Əhməd Şah 1436–1458 Əlaədin Humayun Zalım Şah 1458–1461 Nizam Şah 1461–1463 Məhəmməd Ləşkəri Şah 1463–1482 Mahmud Vira Şah 1482–1518 Əhməd Vira Şah 1518–1521 Əlaəddin Şah 1521–1522 Vəliallah Şah 1522–1525 Kalimallah Şah 1525–1527
Xarici keçidlər http://www.bilinen.net/turk-tarihi/behmeniler-5205/.html
Kateqoriya:Sultanlıqlar Kateqoriya:Hindistan tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Fars dilində danışılan ölkə və bölgələr