Ankoric () — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ən böyük şəhəri.

Ümumi məlumat

Sakit okeanda, Kuk körfəzi sahilində port. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. 1915-ci ildə salınmışdır. 1964-cü ildə baş vermiş zəlzələdən sonra bərpa olunmuşdur. Ağac və balıq emalı, poliqrafiya sənayesi, yaxınlığında daş kömür şaxtaları (Matanuska rayonu), iki universitet, incəsənət və tarix muzeyləri, incəsənət mərkəzi var.

İstinadlar

Kateqoriya:Alyaska şəhərləri Kateqoriya:ABŞ limanları Kateqoriya:ABŞ-nin liman şəhərləri Kateqoriya:1914-cü ildə yaranmış dövlətlər və ərazilər