thumb| Zolaqlı sahələr − erməni separatçıları tərəfindən iddia edilən ərazilərdir (12.05.1994–27.09.2020) Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi.
Ərazilər haqqında ümumi məlumat 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir. Cəbrayıl rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı, 2-ci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti tərəfindən bəyan edilmişdir. Zəngilan rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 29.10.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. 2020 Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 20 oktyabr 2020-ci ildə Zəngilan rayonunun inzibati mərkəzi olan Zəngilan şəhərinin işğaldan azad edildiyi Prezidenti Əliyev tərəfindən bəyan edilmişdir. Ağdam rayonu — 1993-cü ildə ərazisinin 77 faizi (o cümlədən 23.07.1993 tarixində rayon mərkəzi) işğal olunub. Üçtərəfli bəyanatın şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 20 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edildiyi Prezidenti tərəfindən bəyan edilmişdir. Füzuli rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı ərazinin üçdə ikisi (yaşayış məntəqələrinin üçdə biri) işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 17 oktyabr 2020-ci ildə Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinin işğaldan azad edildiyi Prezident tərəfindən bəyan edilmişdir.
İşğal olunmuş ərazilərin sahəsi və əhalisi thumb|right|İşğal olunmuş DQMV ərazisi (açıq qırmızı rənglə göstərilib) və ətraf rayonların xəritəsi (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən) 1. Kəlbəcər rayonu 2. Laçın rayonu 3. Qubadlı rayonu 4. Zəngilan rayonu5. Cəbrayıl rayonu 6. Füzuli rayonu 7. Ağdam rayonu +Birinci Qarabağ müharibəsi (1988–1994) nəticəsində Azərbaycanın tam və ya bir hissəsi işğal olunmuş və 27.09.2020-ci i tarixinədək işğal altında qalmış inzibati ərazi vahidləri (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən) № İnzibati ərazi vahidinin adı Ərazisinin ümumi sahəsi (km2) Ərazisinin Ermənistan nəzarətinə keçmiş hissəsi, km2 Ərazisinin Ermənistan nəzarətində keçmiş hissəsi, %-lə Ümumi əhalisi 1989 1 DQMV 4388 km<sup>2 4388 km<sup>2 100% 187769 2 Kəlbəcər rayonu 1936 km<sup>2 1936 km<sup>2 100% 43,713 3 Laçın rayonu 1835 km<sup>2 1835 km<sup>2 100% 47,339 4 Qubadlı rayonu 802 km<sup>2 802 km<sup>2 100% 28,110 5 Zəngilan rayonu 707 km<sup>2 707 km<sup>2 100% 32,698 6 Cəbrayıl rayonu 1050 km<sup>2 1050 km<sup>2 100% 49,156 7 Füzuli rayonu 1386 km<sup>2 462 km<sup>2 33% 89,417 8 Ağdam rayonu 1094 km<sup>2 842 km<sup>2 77% 131,293 Cəmi 13,198 km<sup>2 12,022 km<sup>2 91% 609,495 + DQMV ətrafında olan, ərazisi tam və ya qismən işğal olunmuş rayonların əhalisinin etnik tərkibi, % (nəfər), 1979РГАЭ, ф. 1562, оп. 336, д. 999, 1244, 1565, 1566-д, 1567, 5925, 7879 Azərbaycanlılar Ermənilər Ləzgilər Ruslar Kürdlər Cəmi Kəlbəcər rayonu 99,5% (40,329) 0,1% (49) 0,1%(30) 0,1% (46) 0.1 (4) 100% (40,516) Laçın rayonu 94,5% (44,665) 0,1% (34) 0,1% (23) 0,1% (28) 5,2% (2,437) 100% (47,261) Qubadlı rayonu 95,5% (26,537) 0,1% (26) 0.1% (21) 1,4% (312) 0 100% (26,673) Cəbrayıl rayonu 98,5% (42,415) 0.1% (41) 0,1% (33) 1% (434) 0 100% (43,047) Zəngilan rayonu 97,6% (28,685) 0.1% (35) 0,1% (19) 2,0% (590) 0 100% (29,377) Füzuli rayonu 96,6% (73,464) 1.1% (833) 0,1% (39) 2,0% (1,544) 0 100% (76,013) Ağdam rayonu 99,0% (107,493) 0.4% (387) 0,1% (95) 0,4% (398) 0 100% (108,554) Cəmi 97,9% (363,588) 0,4% (1,405) 0,1% (260) 0,9% (3,352) 0,7% (2,441) 100% (371,441)
İstinadlar
Kateqoriya:Dağlıq Qarabağ Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:İşğal