thumb|200px|right|Feodalın torpağında işləyən kəndli Orta əsrlər () — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər" (medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması (476), gah Konstantinin hakimiyyəti dövrü (306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu (1453), bəziləri Amerikanın kəşfi (1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı (1517) ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər. Lakin burjua tarixşünaslığının əksinə düşünənlər də var. Onlar orta çağları ideallaşdırmağa və modernləşdirməyə çalışırlar. Ən çox qəbul olunmuş nöqteyi nəzərlərdən biri odur ki: Orta Əsrlər — quldarlıq, yaxud ibtidai dövrləri əvəz edən feodal münasibətlərin yaranması, hökmranlığı və dağılması vaxtlarıdır. Orta Əsrlərin sonu, feodalizmdən kapitalizmə keçidlə səciyyələndirilir.

Xalqların böyük köçü

Xalqların böyük köçü (Barbar istilaları kimi də tanınır) — II əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə slavyanyaların Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmaçiyada məskunlaşması ilə nəticələnir.

Başlama tarixi miladdan sonra 375-ci ildir. Məkanı Europe-dur.

Firəng dövləti

— 7-ci əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyyət majordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları majordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687 ildə frank əyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Pipin bütün Frank dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni frank sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Frank Dövlətini kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyyəti dövründə frank cəmiyyətində aqrar münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə formalaşmasının başa çatması ilə nəticələndi. 8-ci əsrdə Frank dövlətində iki təbəqə yaranmışdı: birincisi -Qalliya -Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına(allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi — bu və ya digər dərəcədə asılı olan kəndlilər. Onların torpaq mülkiyəti yox idi. Bu asılı adamların mühüm hissəsi Qalliya-Roma qulları, kolonları, köləlikdən qurtulmuşlar, qədim alman qulları və litlərinin nəsilləri idi. Bu kateqoriyalar arasında fərqlər getdikcə daha çox silinirdi. 8–9-cu əsrin əvvəllərinin aqrar çevrilişi əsnasında, məhz bu aralıq təbəqələrin silinib aradan qalxması hesabına feodalizm cəmiyətinin əsas sinifləri, o cümlədən asılı kəndlilər sinfi yarandı. Məhz bu ictimai-iqtisadi dəyişikliklər Heristallı Pipinin varisi — majordom Karl Martellin siyasətini müəyyən etdi.

715 ildən 741-ci ilədək hakimiyyətdə olan Karl Martell("Toxmaq") daxili ixtişaşları yatırmaqdan başladı. Karl ona qarşı üsyana qalxmış Neystriya feodallarını, sonra isə Akvitaniya və Provans hersoqlarını əzib Reynin o tayındakı itaətdən çıxmış qədim alman tayfalarına- saksonlara, frizlərə, allemanlara, bavarlara qarşı hücuma keçdi və onları yenidən bac verməyə məcbur etdi. Karl Martell 732-ci ildə Puatye döyüşü (732) yaxınlığında, həlledici vuruşmada, ərəbləri məğlub etdi; ərəblər 8-ci əsrin əvvəlində İspaniyanı işğal edib 720-ci ildə Cənubi Qalliyaya soxulmuş, Frank dövləti üçün təhlükə yaratmışdılar. Frankların Puatye döyüşündəki qələbəsi, ərəblərin Avropada irəliləməsinin qarşısını aldı. Ərəblərin əlində, indi ancaq Cənubi Qalliyanın kiçik bir hissəsi -Narbonn ilə Septimaniya qaldı.

Ərəb xilafəti

Xilafət ( xilāfə; ) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.Həmçinin quldarlıq yaşanmamışdı.

VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yezdəgirdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı. 707–708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə I Validin (705–715) qardaşı Məsləmə ibn Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüşlərdən sonra Dərbəndi ələ keçirmiş xəzərlərin üzərinə göndərildi. Azərbaycanın boyun əyməyən bütün qala və şəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. Lakin alınmaz divarlar şəhəri tutmağa mane oldu. Xəzərlərə qarşı uğursuzluqla başa çatan yeni yürüş iki il sonra baş verdi. Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarşı mübarizəni təşkil etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi tuta bildi. Onun qoşunları şəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki Aranşahik Vaçaqanın başçılıq etdiyi yerli qoşun dəstəsi himayə etdi. Məhz bu dəstənin köməyi ilə xəzərlər basıldı.

Azərbaycanda xilafətə qarşı Xürrəmilər üsyanı da baş verir. Xürrəmi sözü "şad", "xürrəm" deməkdir.

Feodalizm

Feodalizm (lat. feudum- Len, İqta- feodal torpaq mülkiyyəti) 18 əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlaqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. [İstinada ehtiyac var] Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyyətinə xas olan və təkrar olunaraq, sistemli səciyyə daşıyan əlamətlərinə görə fərqləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai-iqtisadi formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların -kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar. Kəndlilər feodalizm cəmiyyətində çox nadir hallarda becərdikləri torpaqların mülkiyətçisi olurdular. Onlar torpaqları bu və ya digər şərtlə istifadə edirdilər. Kəndlilər bu torpaqlardan bəzən irsən istifadə etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə edirdilər. Sinifli cəmiyətlərdə istehsalçıların iqtisadi maraqlandırılması hesabına istismar olunması üsulu ilk dəfə feodalizm ictimai-iqtisadi formasiyasında baş verib. Quldarlıqdan fərqli olaraq feodalizmdə istehsalçılar bilavasitə zorla istismar olunmurdular, dolayısı ilə, torpaqdan istifadənin müqabilində müəyyən qədər məhsuldan özlərinə saxlamaq şərti ilə həvəsləndirilirdilər. Bu sinifli cəmiyətdə istehsalçının istismarının təkamülü idi. Sonraki kapitalizm quruluşunda istehsalçının həvəsləndirilməsi, bazar və pul münasibətlərinin inkişaf etməsi nəticəsində, natural deyil, pul ilə həyata keçirilməyə başladı, yəni onlar muzdlu oldu. [İstinada ehtiyac var]

Feodal nərdivanı