Süleyman Mehrəli oğlu Qasımov () — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023)., Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri.

Həyatı Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

Fəaliyyəti 1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqtisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur.

2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.

2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir.

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.

SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.

Medal və ordenləri 2006-cı ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. İstehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər Suleyman Gasimov: 'Debts don't pose any problem to SOCAR' Suleyman Gasimov: SOCAR doesn't own bank and leisure center in Montenegro Suleyman Gasimov VP:Economic Issues, State Oil Co of Azerbaijan Rep Süleyman Gasimov Yönetim Kurulu Başkanı ARDNŞ Türkiyənin "Petkim" neft-kimya kompleksinin alınması üçün əldə etdiyi kreditin ödəniləcəyi müddəti açıqlayıb

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:SOCAR-ın vitse-prezidentləri