Elşad İskəndərov () — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədriİslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi. trend.az, 11.10.2014.; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Respublikası Prezidentinin "E. H. İsgəndərova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik rütbəsi verilməsi haqqında" 5 mart 2009-cu il tarixli 193 nömrəli Sərəncamı. e-qanun.az ; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az -2014E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az )

Həyatı 21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır.

Ailəsi Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı varElşad İskəndərov haqqında icyf-dc.org .

Karyerası 1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir.

1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.

2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.

2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.

2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.

2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır.

11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş, 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdırElşad İskəndərov XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub . report.az, 04.12.2018. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır.

İctimai-siyasi fəaliyyəti 1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrləri Kateqoriya:Kolumbiya Universiteti şəxsləri