Solmaz bir bahar kimi — rejissor Cahangir Həsənağanın filmi.
Məzmun Film Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 80 illiyinə həsr edilmişdir.
1934-cü ildə SSRİ yazıçılarının I qurultayında C.Cabbarlı da iştirak etmişdir. Filmdə biz onu Moskvada yazıçı Maksim Qorki ilə gəzən qurultay iştirakçıları arasında görürük. Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. Sonrakı kinokadrda eynək arxasında qaynar gözlər görünür. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod "Sevil" bədii filminin çəkilişi vaxtı lentə alınmışdır.
Filmə "1905-ci ildə" dramından, "Od gəlini" pyesindən, "Sevil" tamaşasından parçalar, "Sevil" və ""Almaz" filmlərindən fraqmentlər daxil edilmişdir.
Kinoda Sevil və Almaz rollarının ifaçısı, akademik İzzət Oruczadə, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar. Filmdə dramaturqun ev-muzeyi, onun müxtəlif illərdə buraxılmış kitabları, haqqında yazılmış elmi əsərlər, monoqrafiyalar da öz əksini tapmışdır.
Festivallar və mükafatlar 1980-ci ildə Azərbaycan Komsomolu Mükafatına layiq görülmüşdür. 2013-cü ildə filmin rejissoru Cahangir Zeynallı Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Cahangir Həsənağa (Zeynallı) Rejissor assisenti: Maarif Məhərrəmbəyli Ssenari müəllifi : Seyfəddin Dağlı Operator: Şərif Şərifov, Tofiq Sultanov Rəssam: Fikrət Əhədov Səs operatoru: Şamil Kərimov Quraşdırılmış çəkilişlərin operatoru: Aleksandr Milov
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Cəfər Cabbarlı haqqında filmlər Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər