Eyvaz Mövsüm oğlu Hüseynov () — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Birinci Qarabağ müharibəsi veteranı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı və təhsili Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.

Ailəsi Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti 1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır. Xocavənd istiqanətində aparılan bir çox döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2016-cı il Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının nüfuzlu kütləvi informasiya vasitələrində, ictimai siyasi mövzuda araşdırma xarakterli məqalələri dərc olunmuşdur.

Təltifləri Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Filmoqrafiya Ruhum qarabağlıdır (film, 2012)

İstinadlar

Xarici keçidlər Qarabağ veteranı – icra başçısı

Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xocavənd Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları