Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir.
Tarixi Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 231
Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen»Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966, s.25 mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur.
1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib.
Əhalisi Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20,106.
Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur və türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 249 nəfər, 1908-ci ildə 286 nəfər, 1914-cü ildə 384 nəfər qarapapaqlarazərbaycanlı - İbrahim Bayramov yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 106-107. 1916-cı ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 144 nəfər, 1926-cı ildə 198 nəfər, 1931-ci ildə 224 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 106-107, 1970-ci ildə 219 nəfər, 1987-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında — yanvar ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Hazırda ancaq ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri Çorlu Məhəmməd (1828-1933) — Azərbaycanın el sənətkarı, şair.
İstinadlar
Xarici keçidlər Sultanabad
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri