Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd.

Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir.

2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir.

Mənbə Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района

Ədəbiyyat Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1980.

Kateqoriya:Dərbənd rayonunun yaşayış məntəqələri