Mark Şihan () — müğənni, bəstəkar, musiqiçi, gitaraçı, mahnı müəllifi. 1996–2001-ci illərdə Mytown qrupunun üzvü olub. 2001-ci ildə The Script alternativ rok qrupunun həmtəsisçisi olub və gitara ifa edib.

Həyatı 1976-cı il oktyabr ayının 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Kiçik yaşlarından gitara dərslərinə gedən Mark 1996-cı ildə dostu Danny O'Donoghue ilə "MyTown" pop qrupunu yaradır. O bu qrupda gitarist vəzifəsini yerinə yetirirdi, ancaq onun vokalist bacarığı da var idi. 2001-ci ildə "MyTown" qrupu dağılır. Bu qrupun 4 üzv var idi. O və Danny O'Donoghue 2001-ci ilin payızında The Script pop-rok qrupunu yaradırlar (The Script hazırda yalnız rok qrupudur). "The Script" qrupuna 1 üzv daha dəvət edilir (Glen Power). "The Script" qrupunda çox uğurlu olurlar. Bir sıra böyük mükafatlara layiq görülürlər. 2012-ci ilin fevral ayında onlar Avropanın 1 nömrəsi belə olurlar.

Fərdi karyera Mark Şihanın çox güclü reper bacarığı vardır. O, fərdi şəkildə rep sinqllar çıxartmışdır. 2009-cu ildə İrlandiyanın 1 nömrəli repçisi adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər