Vətən oğlu — rejissor Ağarza QuliyevinAzərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26. filmi.
Məzmun Kinonovelladır. Bioqrafik film müharibə qəhrəmanı, siyasi rəhbər Kamal Qasımovun cəbhədə göstərdiyi hünərdən danışır.
Azərbaycanlı döyüşçü K. Qasımov bir neçə döyüşçü ilə birgə çay üzərindəki strateji əhəmiyyətli üç körpünü partladır və düşmənin sahilə çıxmasını xeyli ləngidir. Döyüşçü yoldaşları ilə birgə əlbəyaxa döyüşündə qəhrəmancasına həlak olur.
Filmin heyəti
Filmin üzərində işləyənlər Quruluşçu rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Əbdürrəhman Minski Quruluşçu operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Basov Səs operatoru: İlya Ozerski
Rollarda İsmayıl Əfəndiyev — Kamal Qasımov Əli Qurbanov Əzizə Məmmədova - Kamalın anası Xavər Əlisəttar Məlikov — neftçi Aleksandr Popov
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 79; 383-384. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər Filmi izlə (böyük fraqment)
Kateqoriya:1941-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər