İşğal altında - "AzDimension" istehsalçıların komandasıyla yaradılmış Azərbaycan kompüter oyunudur. Oyun Qarabağ müharibəsinə həsr edilmiş və ölkənin gənclərinin hərbi-vətənpərvərlik ruhu yüksəltməyə çağırılmış. Oyun döyüş janrında yaradılmışdır və əsas onun hədəfi – Şuşanı işğaldan azad etməkdir.
Təsvir Hadisələr yaxın gələcəkdə Qarabağda baş verir. İkinci Qarabağ Döyüşü başlayır və müharibədə çoxları şəhid və qəhrəman olurlar. Hücum əməliyyatlarının birində düşmən dəstə baş qəhrəmanın dəstəsini pusquya salır və ondan və onun zabitindən başqa hamı ölür. Ancaq onları kəndin axırında Azərbaycan əsgərləri gözləyirlər. Onlara çatmaq üçün düşmənlə mübarizə aparmaq lazımdır.
Hazırlama Layihə 2010-cu ildə baş vermişdi. Azərbaycandan tələbə-proqramçıların komandasıyla yaradılırdı. Hazırlama vaxtı oyunun kompüter qrafikləri Dağlıq Qarabağın şəkillərinin seçməsi istifadə edilmişdi, xüsusi halda, Şuşanın səkilləri. Oyunun yaradılmasına iki il getdi.
Nümayiş Oyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması gününə təqdim edilmişdi. Tədbirdə gənclər və idman nazir müavini İntiqam Babayev çıxış etdi, o qeyd etdi ki, oyun əhəmiyyətli mənaya malikdir, çünki o Qarabağ müharibəsinə həsr edilmişdir:
Sonra rəhbər və oyununun ideyasının müəllifi Fərid Haqverdiev çıxış etdi.
Minimal sistem tələbləri -Əməliyyat sistemi: Windows XP; Vista; 7 -Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək; -Operativ yaddaş: 1 GB Ram və daha yüksək; -Videokart: NVIDIA GeForce 7600 GT 256 Mb / ATI Radeon X1900 256 Mb və daha yüksək.
İstinadlar
Həmçinin bax İşğal altında: Ağdam
Xarici keçidlər İşgal Altında: Şuşa. Launch Trailer. Oyunu yüklə
Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Hadisələrin Şuşada cərəyan etdiyi videooyunlar Kateqoriya:Azərbaycan videooyunları