Fərhad Fəxrəddini (11 mart 1938, Gədəbəy, Azərbaycan SSR) — İran azərbaycanlısı tanınmış bəstəkar, dirijor və İran Milli Simfonik Orkestrinin qurucusu

Həyatı Fərhad Fəxrəddini 1938-ci ildə Azərbaycan SSR-də, Gədəbəydə anadan olub. Anası gəncəli, atası isə ağsuludur. Fərhad doğulduqdan 2 ay sonra onun ailəsi bibisinin yaşadığı Qacar dövlətinin Azərbaycan əyalətinin Zunuz şəhərinə köçüb. Sonralar ordan ailəsi ilə Təbrizə köçüblər.

Atası Məhəmmədəli Fəxrəddini (1899–1986), Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idiİranın ənənəvi və müasir musiqi adamları, Həbibulla Nəsiri, İ cild, Tehran:Atiyə nəşrləri,193 səh və böyük qardaşı Fəxrəddin Fəxrəddini tanınmış portret fotoqrafıdır.

Fərhad Fəxrəddininin öz sözlərinə görə, o, onun böyük bacısı və iki qardaşı Fəxrəddin və Fərrux, Sovet Azərbaycanının Gədəbəy şəhərində doğuldular və Fərhadın iki aylıq yaşı olanda ailəsiylə İrana köçdülər. Anası əslən gədəbəyli, atası isə əslən Təbriz yaxınlığındakı Üskü şəhərindən idi.Fərhad Fəxrəddini ilə intervyu (fars dilində): https://www.youtube.com/watch?v=E1wnl8BmIu8

iyul 2008-ci ildə, İranda bir poçt markası onun şərəfinə buraxılmışdır.

1991-ci ilin payızında Fəxrəddini Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti ilə Bakıda olmuşdur. Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın "İbn-Sina" və "Sərbedaran" simfonik süitaları səslənmişdir. Dirijor qismində Fəxrəddini özü çıxış etmişdir.Dadaşzadə Z. A. İranın musiqi elçisi. Dadaşzadə Z. Biz də dünyanın bir hissəsiyik… Bakı: Nurlan, 2004, s.353–356

İstinadlar

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı musiqiçilər Kateqoriya:İran bəstəkarları