Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film.

Məzmun Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar. Lakin Mahal kişi doğma torpağını tərk etmək istəməyəndə işlər daha da çətinləşir...

Film-tamaşanın heyəti

Film-tamaşa üzərində işləyənlər Əsərin müəllifi : Elçin Mehrəliyev Quruluşçu rejissor : Bəhram Osmanov Televiziya rejissoru : Nadir Diridağlı Quruluşçu operator : Əlövsət Aslanov Rəssam : Rəfael Əsədov Bəstəkar : Adil Bəbirov Səs rejissoru : Firudin Hüseynov Operator : Mirpaşa Ələkbərov Qrim ustası : Çingiz Paşayev Rejissor assistenti : Vüqar Vəliyev Montaj : Ayaz Əliyev Mahnını ifa edən : Arzu Rzayev Redaktor : Nahid Hacızadə Direktor : Nazim Dadaşov Prodüser : Şərif Qurbanəliyev

Rollarda Kamal Xudaverdiyev-Mahal Zemfira Əliyeva-Güllü Cəfər Namiq Kamal (Cəfər Namiq Kamaloğlu kimi)-Sədrəddin Ramiz Novruzov-Fəxrəddin Abbas Qəhrəmanov-Ələddin İlqar Vəliyev-Nurəddin Elxan Ağahüseynoğlu-Əlimərdan Ədilə Əzizova-Yeganə Mətləb Abdullayev-Təhməz

Çəkilişə köməklik edən qurumlar Şamaxı Rayon İcra Hakimiyyəti

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:1994-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Nadir Diridağlının filmləri