Xasthur 1995-ci ildə Malefic ləqəbli musiqiçi Scott Conner tərəfindən Kaliforniya, Alhambrada qurulmuş, bir nəfərlik köhnə depressive black metal qrupudur. Malefic, Xasthuru qurmamışdan əvvəl çoxsaylı death metal qruplarında rol alıb. Xasthur hər nə qədər xışırtılı musiqi və meyit makiyajı etsə də, bənzərlərindən fərqli olaraq Paqanlıq, Satanizm, Xristianlıq əleyhdarı kimi məşhur mövzular üzərinə deyil, astral səyahət, qaranlıq, ümidsizlik, intihar, nifrət və ölüm üzərinə mahnı sözləri yazmışdır. thumb|2007-ci ildəki konsertdən Malefic, Sunn O))) ilə tura çıxmış və səhnədə Nachtmystium ilə birlikdə oxumuşdur. Pitchfork Media'ya verdiyi bir müsahibədə isə "bu qrupu canlı musiqi nümayişlərindən uzaq tutacağam" demişdir. Burzum və Gravelanddan təsirləndiyi bilinməkdədir. Malefic qrupun adını ilk əvvəl "Xasthuriath" qoysa da, sonradan uzun olduğu səbəbindən "Xasthur" olaraq dəyişdirdi. Xasthur, "Hastur" və "Xenaoth" adlarının birləşməsindən yaranan bir sözdür. Malefic ilk adı Necronomicon kitabında tapdığını və mənasının "insanları yuxusunda öldürən şeytan" olduğunu, ikinci adın isə bir Afro-Karib dini olan Santeríanın kitabında oxuduğunu və səmavi ilah mənasına gəldiyini deyib. Qrupun logosu "Blood Moon Ausar" tərəfindən yaradılıb.

Diskoqrafiya

AlbomTipİlRehearsal '97Demo 1997Orosius / XasthurSplit 1999A Darkened WinterEp 2001A Gate Through Bloodstained MirrorsDemo 2001Xasthur / Acid EnemaSplit 2002Rehearsal 2002Demo 2002Nocturnal PoisoningBütöv albom 2002Suicide in Dark SerenityEp 2003The Funeral of BeingBütöv albom 2003A Sermon in the Name of DeathDemo 2004Xasthur / Angra MainyuSplit 2004Nachtmystium / XasthurSplit 2004Telepathic with the DeceasedBütöv albom 2004 ("Moribund Cult" qeyd şirkəti tərəfindən)To Violate the ObliviousBütöv albom 2004Leviathan / XasthurSplit 2004Nortt / XasthurSplit 2004Subliminal GenocideBütöv albom 2004XasthurEp 2006Striborg / XasthurEp 2007Cryostasium / XasthurSplit 2007Defective EpitaphBütöv albom 2007A Living HellSplit 2008All Reflections DrainedBütöv albom 20092005 DemoDemo 2010Portal of SorrowBütöv albom 2010Nightmares at DawnCompilation 2012

Xarici keçidlər Rəsmi sayt(artıq fəaliyyət göstərmir) blog Encyclopaedia Metallum səhifəsi

Kateqoriya:ABŞ metal musiqi qrupları Kateqoriya:1995-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Kaliforniya musiqi qrupları