Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.
Tarixi 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır. "Əli Bayramlı Pedaqoji Texnikumunun yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 108 nömrəli Qərarı.
9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, "Əli Bayramlı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2006-cı il tarixli 66 nömrəli Qərarı. 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2008-ci il tarixli 134 nömrəli Qərarı.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Kompüter sistemlərində proqram təminatı; Neft-qaz işi.
İstinadlar
Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri