Vahid Əsgər oğlu Əliyev () — aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti (03.05.2011).
Həyatı Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə M. A. Əliyev ad. Azərbaycan Dövlət İncəsənət institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 23 dekabr 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2011-ci ilin may ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
2022-ci ilin dekabr ayında infarkt keçirmişdir. 2023-cü ilin yanvar ayında açıq ürək əməliyyatı olunmuşdur.
6 noyabr 2025-ci ildə 73 yaşında vəfat edib. Badamdar qəbiristanlığında dəfn olunub.Verilişlərin birində ekspert olub.Onlardan"Təsir Dairəsi,Səni Axtarıram,Elgizlə İzlə".və Xəyanətdən Sonra Verilişindədə ekspert olub.
Teatr səhnəsindəki rolları Ana laylası (İ. Coşğun) — Musa Şəhərli oğlan (Q. Rəsulov) — Ayzek Sirli dəyirman (F. Məmmədov) — şah Bir sahilin adamları (X. Hasilova) — Xəzər Sehirli xalça (Ə. Səmədov) — cırtdan Çal oyna (İ. Coşğun) — keçi Məhəbbət, şeytan və lambada (M. Haqverdiyev) — şeytan Pul dəlisi (Ə. Orucoğlu) — "dəli" Məhəbbət bir bəladır (Ə. Orucoğlu) — qoca Mahmud və Məryəm (Elçin) — müqəddəs qoca Ölüm hökmü (Elçin) — İldırımlı Ağ dəvə (Elçin) — Qavril Dədəm Qorqud (Ə. Dəmirçizadə) — 2-ci Aznavur Ələddinin sehrli çırağı (N. Kazımov) — cin Nənənin kələyi (Ə. Orucoğlu) — Bəylər Sən həmişə mənimləsən (İ. Əfəndiyev) — Fərəc Zorro (ispan xalq rəvayətlərinin motivləri əsasında) — Don Françesko Yağış, yağmur və daldan atılan daş (N. Vəzirov) — Cəbi; borca düşən; Bədircahan xanım; Ağa Rəcəbəli Hekayəti-xırs quldurbasan (M. F. Axundov) — Oruc Nəsiboğlu Şeyx Sənan (H. Cavid) — Şeyx Nəim Ələddinin sehrli çırağı (N. Kazımov) — cin Şelkunçik (E. T. A. Hofman) — münəccim Əcəl atı (V. Əlixanlı) — urus Pələng ili (F. Mustafa) — Tumaş Kod adı: "V.X.A.” — Qoca qazax
Filmoqrafiya Araqarışdıran (film, 1987) Ayna (film, 2000) Bir anın həqiqəti (film, 2003) Boş yer (film, 1989) Cavid ömrü (film, 2007) — Aktyor, Cavidə qarşı çıxış edən Dayanacaq (film, 2009) Həmişə təmizlikdə (film, 1985) Köpək (film, 1994) Kuklalar (film, 2009) Qara "Volqa" (film, 1994) — Aktyor, Serjant Qeybdən gələn səs (film, 2002) Qətl günü (film, 1990) — Aktyor, kolxoz sədri Vahid Milçək (film, 2006) Muradına çatan Günəş Mükafat (film, 2004) Mürafiə vəkillərinin hekayəti (film, 2011) — Aktyor, Ağa Səttar Nə gözəldir bu dünya... (film, 1999) Nekroloq (film, 2001) Sübhün səfiri (film, 2012) Şəkilçi və şəkilçi... (film, 1995) Tələ (film, 1990) Yalan (film, 2005) — Aktyor, Alverçi "Yapon" və yaponiyalı (film, 1990) — Aktyor, Təhlükəsizlik komitəsinin işçisi Yaramaz (film, 1988) Yaşa, qızıl balıq (film, 1988) Yoxlama (film, 2006) Sevgi Romanı (film, 2020)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Tovuzda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları