Milli Gimnastika Arenası — Koroğlu metrostansiyası yaxınlığında yerləşən arena.

Haqqında 9 000 nəfər üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası Heydər Əliyev magistralında və Koroğlu metro stansiyası yaxınlığında yerləşir. Bu yol Heydər Əliyev adına Hava Limanını şəhər ilə birləşdirən və şəhərə giriş çıxış üçün əsas yoldur. MGA Bədii və idman gimnastikasi üzrə keçirilən yarışlar üçün nəzərdə tutulub. Arenanın dizaynı çox funksiyallıgını nümayiş etdirməyə və ev sahibliyi etməyə imkan verir. Yarışların həcmi və xarakterindən asılı olaraq izləyici yerlərinin sayı 5 000'dən 9 000'ə qədər artırıla bilərlər. Açıq və qapalı yerlərdə istifadə olunan oturacaqlar xüsusi dizaynla hazırlanıblar. Xüsusi texnologiya əsasında hazırlanan Arena genişlənə bilər və Ritmik Gimnastika kimi geniş həcmli yarışlara ev sahibliyi edə bilər. Gundəlik əsasda Arenada gimnastların beynəlxalq yarışlara hazırlıq prosesi aparılır. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, yeməkxanalar, qimnaziya və auditoriyalar, atletlər üçün xidmət göstərən kafeteriya mövcuddur. Arenada istirahət otaqları, yeməkxana ilə yanaşı əsas yarışların keçirilməsi üçün nəzərdə tutulan 2 mərtəbə və hər qanadda sponsorlar üçün xidmət göstərən VIP kafeteriyalar vardır. Beynəlxalq yarışlara ev sahibliyi edən MGA media və sponsorlar üçün beynəlxalq tələblərə uyğun gələn hər bir şərait yaratmışdır. Burada həmçinin müsahibə otaqları, media kontrolu, sponsor və media üçün otaqlar vardır.

Tədbirlər 11.12.2014–12.12.2014 — BAKIDA 21-ci AZƏRBAYCAN BİRİNCİLİYİ, BAKI ÇEMPİONATI VƏ İLK DƏFƏ OLARAQ BÖLGƏLƏRARASI KUBOK KEÇİRƏLƏCƏK 05.12.2014–29.11.2014 — Kişi İdman Gimnastikası Üzrə Azərbaycan və Bakı Birinciliyi 06.08.2014–07.08.2014 — MİLLİ GİMNASTİKA ARENASINDA GİMNASTİKA NÖVLƏRİ ÜZRƏ NÖVBƏTİ BİRGƏ YARIŞ KEÇİRİLƏCƏK 24.07.2014–27.07.2014 — Taekvondo üzrə Yeniyetmələr arasında 1-ci Dünya Çempionatı. 13.06.2014–15.06.2014 — Bakı 2014 — Bədii gimnastika üzrə 30-cu Avropa çempionatı 19.04.2014 — Bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri xarakteri daşıyan Azərbaycan çempionatı 12.04.2014 — Bakı birinciliyi: 100-dən artıq gimnast + 8 qrup

Həmçinin bax Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı

İstinadlar

Xarici keçidlər Rəsmi sayti

Kateqoriya:Azərbaycan idman kompleksləri