V Qustav () — İsveç Kralı II Oskar ilə Norveç Kraliçası Sofiya Nassaunun ən böyük oğludur. 1907-ci ildə taxta çıxmış və 29 oktyabr 1950-ci ildəki vəfatına qədər taxtda qalmışdır.

Xarakteri İsveç idarəetməsinə birbaşa olaraq qarışan son kraldır. 1916-cı ildə müdafiə büdcəsi ilə əlaqədar anlaşmazlıq yaşamışdır. Kral mühafizəkar biri idi, lakin demokratik hərəkatı və fəhlə ödəniş hüquqlarını təsdiq etmişdi. Kral ayrıca son İsveç Baş komandiri olan kraldır (1907–1939). Birinci Dünya müharibəsi boyu Almanpərəst bir siyasət yürütmüşdür. Birinci Dünya müharibəsindəki siyasətinə Alman əsilli həyat yoldaşı təsir etmişdir.

İkinci Dünya müharibəsi Kral və nəvəsi şahzadə Adolf, İkinci dünya müharibəsindən əvvəl Nasist liderləri ilə birlikdə görülmüş olmaqlarına baxmayaraq bu böyük ehtimalla yalnız diplomatik məqsədli idi. Tarixçi Jörgen Weilbul'un qeydlərinə görə Macarıstanın insanlıq adına yəhudiləri qorumasını dəstəkləmişdi. Almaniya İsveç torpaqlarında şimali Finlandiya və şimali Norveçdəki ordularına dəstək olacaq hərbi bazalar yaratmaq istəyirdi. Baş nazir Hansson krala təklifi qəbul etməzsə istefa verəcəyini dedi. İsveç Almaniyanın tələblərini qəbul etmədi.

Ölümü V Qustav 29 oktyabr 1950-ci ildə vəfat etmiş və taxta böyük oğlu Qustav VI Adolf keçmişdir.

İstinadlar

Kateqoriya:Bernadotlar Kateqoriya:İsveç kralları Kateqoriya:İsveçdə vəfat edənlər Kateqoriya:Uppsala Universitetinin məzunları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları