Polad Qasımov () — 1995–2017-ci illərdə "Kirpi" jurnalının baş redaktoru.
Haqqında 11 fevral 1942-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olmuşdur. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir.
1960-cı illərdən jurnalistika fəaliyyətinə başlamışdır. "Azərbaycan pioneri" qəzetində, "Kommunist" qəzetində, "Abşeron" qəzetində çalışmışdır. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında məsul katib və baş redaktorun müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən 2017-ci ilədək "Kirpi" jurnalının baş redaktoru olmuşdur.
Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" və "Əməkdar jurnalist" fəxri adlarına layiq görülmüşdür. "Qızıl qələm", Ə. Haqverdiyev adına "Satira ustası", "Araz" ali media mükafatları laureatıdır.
"Dəvənin quyruğu", "Narıncı köynək", "Kreslo günahı" kimi kitabların və bir sıra elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.
2017-ci il fevralın 19-da Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər POLAD QASIMOV (Baş redaktor)