Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; ) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Həyatı Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
Ramiz Məlik 14 Dekabr 2023-cü ildə 80 yaşında vəfat edib.Xalq artisti Ramiz Məlik vəfat edib İkinci Fəxri Xiyabanda dəfn olunub.
Mükafatları Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. apa.az, 16.04.2010.
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olmuşdur.
14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Teatr səhnəsindəki rolları Marsel ("Hamlet", Uilyam Şekspir), Aqşin ("Od gəlini", Cəfər Cabbarlı), Barat ("Almaz", Cəfər Cabbarlı), Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Teymur ("Yastı təpə", Əkrəm Əylisli), Valter ("Yad adam", L. Frank), Arif ("İblis", Hüseyn Cavid), Jan ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Toğrul ("Atabəylər", Nəriman Həsənzadə), Antoni ("Kölgələrin oyunu", Y. Edlis), Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Vilyams ("Kəllə", Nazim Hikmət), Qaçaq Süleyman ("Dirilən adam", İsmayıl Şıxlı), İvanov ("Yaşar", Cəfər Cabbarlı).
Filmoqrafiya
İstinadlar
Mənbə Ramiz Məlikov
Xarici keçidlər Səda — "Qürbətdən gələn məktublar" tamaşası təqdim edilib (23.06.2016)
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları