Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. Coğrafiyası Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 29 Tarixi Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 30

Əhalisi Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი

Təhsil Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.

İstinadlar

Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri