Azərbaycan dili, Azərbaycan türkcəsi, azəri türkcəsiAzərbaycan dilinə ehtiram nümunəsi və ya azəri diliAna dili - millətin varlığının sütunlarından biriAzərbaycan dilinin yaranasının dövlətçilik tarixində rolu — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan RespublikasınınDağıstan Respublikasının Konstitusiyasına görə, rus dili və Dağıstan xalqlarının hər birinin dili respublikanın dövlət dilidir. Yazısı olan 14 dil, o cümlədən Azərbaycan dili dövlət dili kimi istifadə olunur. rəsmi dövlət dili. Türk dilləri ailəsinin oğuz sinfinin qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ, Gəncəbasar və yaxın rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri

Azərbaycan dili genealoji olaraq türk dillərinə mənsubdur. Buna görə də Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

Ənənəvi morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq, Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.

Təsnifat thumb|200px|Cənubi Qafqazda və Şimali İranda Azərbaycan türkcəsində danışan bölgələrin xəritəsi Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir. Oğuz qrupundakı başqa dillər türk, türkmən, qaqauz və salar dilləridir. thumb|200px|Oğuz dilləri danışılan bölgələrin xəritəsi Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Məsələn, əski türk dili V–X əsrlərdə oğuz, qıpçaq, qarluq və başqa qollara ayrılır. Sonra bu dillər də ayrı-ayrı dillərə ayrılmağa başlayır. X–XV yüzilliklərdə oğuz dili şərqi (türkmən dili) və qərbi (Azərbaycan və Anadolu şivələri) olaraq iki qola ayrılır. XVII–XX əsrlərdə isə qərbi oğuz qolu Azərbaycan dilinə və Türkiyə türkcəsinə ayrılmağa başlayır. Paralel olaraq, qıpçaq qolundan qazax, qırğız, tatar, başqırd, qumuq; qarluq qolundan isə özbək və uyğur dili yaranır. Əski türkcə (X əsrə qədər)Oğuz qoluQarlıq qoluQıpçaq qoluAzərbaycan diliTürkiyə türkcəsiTürkmən diliÖzbək diliUyğur diliTatar diliQazax dili8px10px8px[ata]atababakakaotaataataäke10px10px10px[oğıl]oğuloğuloglyo'giloghuluğlıul10px10px10px[qağan]xaqankağankaganxoqonxaqanqağanqağan10px10px10px10px[yüräğ]ürəkyürekýürekyurakyüräkyöräkjürek10px10px10px10px10px[yuldız]ulduzyıldızýyldyzyulduzyultuzyoldızjuldız Azərbaycan dili, digər türk dilləri kimi aqqlütinativ dildir yəni, flektiv Hind-Avropa və sami dillərindən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri öz mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Müqayisə üçün, flektiv ərəb dilində sözlər, sözün kökündəki səslərin dəyişməsi ilə düzəlir (məsələn: hökm — hakim — məhkəmə — məhkum — mühakimə, kitab — katib — kütüb). Hind-Avropa dilləri isə ön şəkilçilər, son şəkilçilər, sonluqlar, ədatlar və ya söz birləşmələrin vasitələri ilə sözdüzəldici və sözdəyişdirici formalar əmələ gətirir (məsələn: lingua — bilingual — bilingualism). Azərbaycan dilinin təkcə son şəkilçilərin köməyi ilə ifadə olunma gücü, aşağıdakı nümunə ilə göstərilə bilər: Azərbaycan diliHind-Avropa dilləriİnglis diliAlman diliRus dilikəndvillageDorfдеревняkənddəin the villagein dem Dorfв деревнеkənddəkilərthose who live in the villagedie, die in dem Dorf lebenте, кто живут в деревнеkənddəkilərdənone of those who live in the villageeine(r) von denen, die in dem Dorf lebenодни из тех, кто живет в деревнеKənddəkilərdənsinizmi?Are you one of those who are living in the village?Sind Sie eine(r) von denen, die in dem Dorf leben?Являетесь ли вы одними из тех, кто живет в (этой) деревне? Azərbaycan dili Hind-Avropa, ərəb və çin dillərindən fərqli olaraq qarışıq və mürəkkəb dil qaydaları az olan, təbii istisnaları olmayan, nizamlı və bütöv bir dildir. Bu qayda və qanunlara diqqət, genişlik və asanlıq riyaziyyat qaydalarına bənzəyir.

Adlandırma alt=Azərbaycanda türk dilinin dövlət dili elan olunması haqqında qərar, 1918.|thumb|200px|Azərbaycanda türk dilinin (Azərbaycan türkcəsi) dövlət dili elan olunması haqqında qərar, 1918. alt=Türk dili dərsliyi, 1936|thumb|200px|Ə. Dəmirçizadənin ibtidai siniflər üçün türk dili (Azərbaycan dili) dərsliyi. Azərnəşr, Bakı 1936.

Azərbaycan dilinin tarixi inkişafı prosesində bu dil müxtəlif dövrlərdə fərqli adlarla tanınmışdır. Bu dil üçün tarixən, başlıca olaraq, "Azərbaycan dili", "azəri dili" və "türk dili" kimi terminlər meydana çıxmış və zamanla dəyişmişdir.

Azərbaycan dili Tiflisdə yaşayan müsəlman ziyalıları arasında 1879-cu ildən başlayaraq "Azərbaycan dili" dil adı yayılmış, onlar bu dildə danışanları azərbaycanlı adlandırmışdır. "Azərbaycanlı" adının tətbiqində birinci səbəb istifadə edilən müsəlman kimliyinin düzgün hesab edilməməsi idi. İkinci səbəb bu idi ki, ziyalıların fikrinə görə, azərbaycanlılar Volqa və Krım tatarlarından, Osmanlı türklərindən fərqli bir mədəniyyət, adət-ənənə və dilə malikdir.

1956-cı ildə 1937-ci il Konstitusiyasına əlavə edilən maddədə "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" ifadəsi təsbit olunmuşdur."Azərbaycan" qəzeti, 7 noyabr, 1995 Azərbaycan, Ermənistan və Gürcüstan SSRİ tərkibində Konstitusiyalarında titul dili rəsmi dövlət dili kimi göstərilən nadir respublikalar sırasında olmuşdur.Jala Garibova Russian in Azerbaijan: Changing practices and emerging paradigms

thumb|200px|Y. Kərimovun ibtidai siniflər üçün 1992–1995 arasında işlənilən Azərbaycan dili dərsliyi. Maarif, Bakı 1993.

1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin adı Azərbaycan dili kimi təsbit edilmişdir.

Dövlət dilinin adı ilə bağlı keçirilmiş müzakirələrdə müxtəlif yanaşmalar irəli sürülmüşdür. Bu müzakirələrdə Azərbaycan dili, türk dili və Azərbaycan türkcəsi kimi terminlər təklif edilmişdir. Prezident Heydər Əliyevin məsələ ilə bağlı çıxışlarında dilin adlandırılması probleminin tarixi, etnik və siyasi aspektləri vurğulanmışdır."Azərbaycan" qəzeti, 9 noyabr, 1995

Azəri dili Ümumiyyətlə "azərbaycanlı" sözü ilə əvəz olunan "azəri" termini Anadolu türkcəsindən yaranmış "azəri" sözündəndir.

Mirzə Kazım bəy 1839-cu ildə "Azəri" ifadəsinin Cənubi və Şimali Qafqazda yaşayan türk-tatar əhalisinin istifadə etdiyi dili ifadə edən termin kimi işlədildiyini qeyd etmişdir. Bu termin sonrakı dövrlərdə bir sıra müəlliflərin əsərlərində həm xalqın, həm də dilin adı kimi istifadə olunmuşdur. Yusif Vəzir Çəmənzəminli, Əmin Abid və digər müəlliflərin əsərlərində "Azəri" ifadəsi millətin və xalqın adı kimi dəfələrlə yer almışdır. Məsələn, Əmin Abidin İstanbul Universitetində müdafiə etdiyi doktorluq dissertasiyası "Azəri ədəbiyyatı" adlanmışdır. Bəkir Çobanzadə 1930-cu ildə "Azəri ədəbiyyatının yeni dövrü" mövzusunda tədqiqat aparmış,Azəri ədəbiyyatının yeni dövrü [Mətn] : Nasionalizmdən internatsionalizmə /B. Çobanzadə ; Azərb. Dövlət Elmi Tədqiqat İn-tu, Dil Ədəbiyyat və Sənayeyi Nəfisə Şöbəsi. Çobanzadə, Bəkir Vahab oğlu. Bakı: ADETİ-nun nəşriyyatı, 1930 Məhəmməd Əmin Rəsulzadə bəzi məqalələrini "Azəri" imzası ilə dərc etdirmişdir. Onun "Azərilərin milli şairi Əhməd Cavad" kimi yazıları bu terminologiyanın istifadəsinə nümunə kimi göstərilir.

Məhəmməd Əmin Rəsulzadə 1919-cu il 28 may tarixində "İstiqlal" jurnalında dərc olunmuş məqaləsində Azərbaycan türklərinin adlandırılması məsələsinə toxunaraq "Azərbaycan türkü" və "Azəri türklər" terminlərinin paralel şəkildə işlədildiyini qeyd etmişdir. Rəsulzadənin Şah İsmayıl Xətaiyə həsr etdiyi məqaləsində Səfəvi sarayının "Azəri-türk ədəbiyyatının yaradıcı mərkəzlərindən biri" kimi təqdim olunduğu bildirilmişdir. Bəxtiyar Əhmədli tərəfindən aparılmış araşdırmalar göstərir ki, "Azəri" sözü mühacirətdə ümumişlək lüğət tərkibimizə 1920-ci illərdə daxil olmuşdur. İndiki dövrdə Anadolu türklərinin azərbaycanlıları "Azərilər" deyə adlandırmasında da mühacirət faktoru əsas rol oynamışdır. 1928-ci ildə Məhəmməd Əmin Rəsulzadə İstanbulda "Azəri Türk" adlı jurnal nəşr etdirmişdir. Məmməd Sadıq rəhbərliyində bir çox mənfi ünsürlərlə üzləşməsinə baxmayaraq "Azəri Türk" jurnalı Azərbaycanın yenidən müstəqilliyini qazanması uğrunda təqdirə layiq mübarizə aparmışdır. Belə ki, əksəriyyəti "Azəri Türk" idarə binasında keçirilən görüş və konfranslarla Məmməd Sadıqın sədrlik etdiyi "Azəri Türk Gənclər Birliyi"nin xətti ilə xaricdəki azərbaycanlı gənclərin milli tərbiyə və mədəniyyətlə əlaqəsi davam etdirilirdi. Bununla yanaşı bu gənclərin və ən əsası savadlı azəri gənclərinin birlik üçün nə qədər əhəmiyyətli olduğunu dərk edərək bu iclaslarda maddi vəziyyəti yaxşı olan iştirakçılardan toplanan yardımlar sayəsində ehtiyacı olan azərbaycanlı gənclərin təhsil alması, geyindirilməsi və qidalanması təmin edilirdi.

"Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəylihttps://www.anl.az/down/meqale/azerbaycan/2023/sentyabr/865038.htm və yazıçı Cavad Heyət də "azəri" ifadəsindən istifadə edirdi.Brenda Shaffer. Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity. — Cambridge: Belfer Center for Science and International Affairs. Studies in International Security, 2002. — P. 106-107. — ISBN 978-0262692779. "Azəri" terminindən istifadənin ədəbi və mədəni diskursda davam etdiyi, Səməd Vurğunun 1937-ci ildə yazdığı "Vaqif" dramında yer alan "Azəri yurdunun oğluyam mən də" misrası ilə də müşahidə olunur. Bu ifadə uzun müddət Azərbaycan ədəbi mühitində geniş yayılmışdır.

XX əsrin ikinci yarısında "Azəri" termini dilçilik ədəbiyyatında da işlədilmişdir. Akademik Əbdüləzəl Dəmirçizadə 1967-ci ildə "Azəri ədəbi dilinin tarixi" adlı monoqrafiyasını nəşr etdirmiş, 1969-cu ildə ali məktəblər üçün "Müasir Azəri ədəbi dili" və "Azəri dilinin tarixi qrammatikası" üzrə proqramlar hazırlamışdır.Azəri ədəbi dili tarixi [Mətn] : filologiya fakültələri üçün /Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Döv. Pedaqoji İn-tu ; tərt. ed. Ə. Dəmirçizadə ; red. C. Bağırov. Bakı: V. İ. Lenin adına APİ nəşriyyatı, 1969.Müasir Azəri ədəbi dili [Mətn] : filoloji fakültə üçün /Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Döv. Pedaqoji İn-tu ; tərt. ed. Ə. Dəmirçizadə ; red. H. Mirzəyev. Bakı: APİ, 1969.Azəri dilinin tarixi qrammatikası [Mətn] : pedaqoji institutların filololoji fakültələri üçün /Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Döv. Pedaqoji İn-tu ; tərt. ed. Ə. Dəmirçizadə ; red. A. Qurbanov. Bakı: V. İ. Lenin adına APİ nəşriyyatı, 1969 Həmin dövrdə professor Həsən Balı oğlu Balıyev "Müasir azəri ədəbi dilindən sintaksis bəhsi üzrə metodik göstəriş",Müasir azəri ədəbi dilindən sintaksis bəhsi üzrə metodik göstəriş [Mətn] : qiyabiçilər üçün vəsait /H. B. Balıyev ; AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, V. İ. Lenin ad. Azərb. Dövlət Ped. İn-tu. Balıyev, H. B. Bakı: [s. n.], 1967 İran azərbaycanlılarından olan Məhəmməd Tağı Zehtabi isə "Müasir ədəbi azəri dili" adlı əsər nəşr etdirmişdir.Məhəmmədtağı Zehtabi. "Müasir ədəbi azəri dili" (səs – sərf). Təbriz «Aşina», 1379 1967-ci ildə dilçi alim Məmməd Qasımovun "Azəri dilində terminlər necə yaranır" adlı əsəri "Azərnəşr" nəşriyyatında çap olunmuşdur.

"Azəri dili" XIX–XX əsrlərdə bu dil üçün "Azərbaycan dili" ilə bir-birini əvəz edən termin olmuşdur.