Andrea Boçelli (; ) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri. Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.

1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.

Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib.

1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.

1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb. 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur. "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb. Həmin albomla "ABŞ Klassik Albomlar" siyahısında 3-cü yerə sahibdir.

Həyatı İtaliyalı populyar musiqiçi, opera, pop, operatik pop və romantik musiqilərin mahir ifaçısı Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib.

Andreanın şərab istehsalçısı olan atası Alessandro, oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur. 6 yaşından fortepiano çalmağı öyrənən Andrea, burada fleyta və saksofonda da ifa etməyi öyrənir.

Kiçik yaşlarından gözlərində problem olan Andrea hələ 6 aylığında bir neçə dəfə gözündən əməliyyat olunmuşdu, lakin bunların heç bir faydası olmur və 12 yaşında futbol oynayarkən baş verən bədbəxt hadisə nəticəsində o, görmə qabiliyyətini tamamən itirir. Ancaq yaşanan faciə Andreanın gələcəkdə uğur qazanmasına mane olmur.

İki oğul və bir qız atasıdır. Hüquq fakültəsi məzunudur və dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.

Karyera Andrea hüquq sahəsinin ona yad olduğunu anlayır. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi: "Bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı." Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi. Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır.

1992–94. Sanremo musiqi festivalı və Il mare calmo della sera 1992-ci ildə məşhur italyan rok ifaçısı Zucchero Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün tenor axtarışına başlayır. Sonra kasetdə Bocellini dinləyən Pavarotti Zukeroya onun əvəzinə Bocellidən istifadə etməsini bildirir.

Diskoqrafiya

Studio albomlar 1994: Il Mare Calmo della Sera 1995: Bocelli 1997: Viaggio Italiano 1998: Aria — the opera album 1999: Sogno 1999: Arie sacre 2000: Verdi 2001: Cieli di Toscana 2002: Sentimento 2004: Andrea 2006: Amore 2008: Incanto 2009: My Christmas 2011: Notte Illuminata 2013: Passione 2015: Cinema

Kompilyasiya albomları 1997: Romanza 2007: The Best of Andrea Bocelli: Vivere 2012: Opera

Canlı ifa albomları 2006: Under the Desert Sky 2008: Vivere Live in Tuscany 2011: Concerto, One Night in Central Park 2013: Love in Portofino

Festival albomları 2012: iTunes Festival: London 2012

Digital (rəqəmsal) albomlar 2011: Notte Illuminata

Əməkdaşçı albomları 1997: A Hymn for the World 1998: A Hymn for the World 2 (Voices From Heaven) 2000: Verdi's Requiem 2010: Carmen: Duets & Arias

Tam opera səs yazıları 2000: Bohema 2003: Toska 2004: Trubadur (opera) 2005: Werther 2006: Palyaçolar (opera) 2007: Cavalleria rusticana 2008/2010: Karmen (opera) 2010: Andrea Chénier 2012: Roméo et Juliette 2014: Manon Lescaut 2015: Turandot

Tam opera səsyazmaları 2000: La bohème 2003: Tosca 2004: Il trovatore 2005: Werther 2006: Pagliacci 2007: Cavalleria rusticana 2008/2010: Carmen 2010: Andrea Chénier 2012: Roméo et Juliette

Video albomlar 1998: A Night in Tuscany 2000: Sacred Arias: The Home Video 2002: Tuscan Skies (Cieli di Toscana) 2006: Credo: John Paul II 2006: Under the Desert Sky 2008: Vivere Live in Tuscany 2008: Incanto The Documentary 2009: My Christmas Special 2011: Concerto: One Night in Central Park 2013: Love in Portofino

Mənbə Sito ufficiale (richiede Macromedia Flash) Andrea Bocelli La "Passione" secondo Andrea Bocelli Andrea Bocelli L'avventura di una voce del 31/03/2013

Xarici keçidlər Rəsmi veb səhifəsi Andrea Bocelli Azerbaijan Andrea Boçelli | Kayzen Bocellinin müsahibəsi — İngiliscə

Şəkilləri

İstinadlar

Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Kor musiqiçilər Kateqoriya:İtaliya musiqiçiləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:XX əsr opera müğənniləri