Arif Əli oğlu Quliyev () — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989), Azərbaycan Respublikasının xalq artisti (1993).
Həyatı Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirərək Mingəçevir Dövlət Dram Teatrına təyinatla göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunmuşdur. 1979-cu ildə isə İncəsənət İnstitutunu bitirmişdir. İrəvan Dövlət Azərbaycan Dram Teatrında və daha sonra Özəl Satira Teatrında bədii rəhbər kimi fəaliyyət göstərmişdir (1988-ci ildən).
Vəfatı Arif Quliyev 7 may 2021-ci il tarixində koronavirus infeksiyası səbəbindən vəfat etmişdir. Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunmuşdur.
Fəaliyyəti
Teatr və televiziya fəaliyyəti Arif Quliyev müxtəlif səpgili və xarakterli rollarda çıxış etmişdir. Aşağıdakı teatr obrazları onun uğurlu komediya janrında çıxış etdiyi nümunələrdir:
Şərbətəli – "Təzə gəlin" (S.Dağlı, C.Cahangirov) Salyanski – "Gözün aydın" (F.Əmirov, M.Əlizadə) Əli – "Qaynana" (M.Şamxalov, Z.Bağırov) Dursun – "Durna" (S.Rüstəmov) Mürsəl – "Gurultulu məhəbbət" (S.Ələsgərov, S.Qədirzadə) İbişov – "Özümüz bilərik" (Ş.Qurbanov, S.Ələsgərov) Dursunov – "Hicran" (S.Rəhman, E.Sabitoğlu) Tofiq – "Ev bizim, sirr bizim" (Ş.Axundova, N.Gəncəli) Hambal – "Məşədi İbad" (Ü.Hacıbəyov) Mirzəqulu – "Durnalar qayıdanda" (Hidayət) Səbzəli – "Məhəbbət, şeytan və ağ ölüm" (M.Haqverdiyev)
Azərbaycan Televiziyasında da geniş fəaliyyət göstərmişdir. Onun oynadığı teletamaşalardan bəziləri:
Şans Bığ əhvalatı Qaynana Lift əhvalatı Yarım ştat Evləri köndələn yar
Mükafat və təltifləri
1982 – Respublika Gənclər mükafatı 1989 – Əməkdar artist fəxri adı 1993 – “Humay” mükafatı 1993 – Milli Dram Teatrına dəvət və Xalq artisti fəxri adı 2006 – “Qızıl Dərviş” mükafatı 2012 – “Zirvə” mükafatı 2014 – Sənətkar medalı Prezident təqaüdçüsü olub. 2015-Qizil dərviş
Filmoqrafiya thumb|180px|Arif Quliyevin Ümumşəhər qəbiristanlığındakı məzarı İşgüzar adamlar (film, 1977) — ərizəçi Evləri köndələn yar (film, 1982) — bazar satıcısı Eksperiment (film, 1984) Layiqli namizəd (film, 1984) 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100) — sərxoş Cazibə qüvvəsi (film, 1985) Əbədi mühərrik (film, 1985) Bəyin oğurlanması (film, 1985) — Miriş Qəm pəncərəsi (film, 1986) — kərbəlayi Yay gününün xəzan yarpaqları (film, 1986) — bufetçi Sehrli çıraq (film, 1987) Yaramaz (film, 1988) — dazbaş kişi Güzgü (film, 1990)(II) Bəxt üzüyü (film, 1991) — milis nəfəri 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) O dünyadan salam (film, 1991) — Hacı Kazım Mənim ağ şəhərim (film, 1993) — Piri Yarımştat (film, 1996) — Şirulla Bakı oğrusu — molla Olacağa çarə yoxdur (film, 2003) — Hacıağa Şans (film, 2004) — Kəlam Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) — Sərxanın tanışı Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider TV) — Arif Qoy oturmuşuq (veriliş, 2007) Halal pullar (film, 2008) Evləri göydələn yar (film, 2010) — Badambəyli Bığ əhvalatı Axırıncı dayanacaq (film, 2014) — Tapdıq Qız atası (teleserial, 2014) — Qasım (9-cu bölüm) Dörd yoldaş və qardaş (film)Arif Quliyevlə "şöhrət var" Xalq artisti yeni filmə çəkilib: ["Dörd yoldaş və qardaş " filmi] //Gün.- 2008.- 13 may.- S. 14. Bəxt üzüyü 2 (film, 2017) — taksi sürücüsü
İstinadlar
Xarici keçidlər Sənətsevər. Arif Quliyev
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Bakı Humanitar Kollecinin məzunları Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Ümumşəhər qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları