Hüseyn xan — sonuncu Şəki xanı.
Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi.
Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi. Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabrda böyük bir ordu ilə Nuxaya yaxınlaşanda Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.
Hüseyn xanın Şəki xanı olması (mənbələrdən iqtibaslar)
Yerli mənbələrdə
120px|thumb|a) Şəki xanlığı, Noxu, Fətəli şah Qacar adından 1242-ci hicri ilində (1826) zərb edilmiş gümüş abbası. 120px|thumb| b) Şəki xanlığı, Noxu, Fətəli şah Qacar adından 1242-ci hicri ilində (1826) zərb edilmiş gümüş abbası. Narrativ mənbədə — Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə, Hüseyn xanın Şəkidə xan olması tarıxi belə göstərilir:
"Hacı Çələbi xanın oğlu Həsən ağanın oğlu Hüseyn xanın oğlu Səlim xanın oğlu alicah Hüseyn xanın Şəki vilayətində hökmranlıq etməsi tarixi: 4 məhərrəm 1242 (avqust 1826)". "Hüseyn xanın Şəki vilayətinə gəlməsi tarixi: 7 məhərrəm 1242 (11 avqust 1826)".
Rus mənbələrində Gürcüstanın Rusiyaya birləşdirilməsinin 100 illiyi münasibətilə tərtib edilmiş "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" ( ) adlı kitabda qeyd edilir ki,
Ruslar Abbas Mirzənin İrana geri çəkilməsindən heç 1 ay keçməmiş, onun son yürüşü zamanı əllərindən çıxmış bütün əraziləri, təkrarən öz hakimiyyətləri altına ala bildilər, o cümlədən, onlar 17 oktyabr tarixində köhnə Şamaxıya daxil olmuşdular və Mustafa xan da qaçmışdı, yalnız Şəkidə rus hakimiyyəti hələ bərpa edilməmişdi.
Şəkidə rus hakimiyyətinin bərpa edilməsi və Hüseyn xanın hakimiyyətinə son qoyulması üçün Nuxaya hərəkət edən rus ordusunun başında, şəxsən Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov durdu. Rus hərb tarixçisi N.F.Dubrovinin yazdığına görə
Digər rus məbəsinə görə isə
"Qarabağnamələrdə"
Hüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,
Mirzə Yusif Qarabaği isə bunu yazır:
Hüseyn xanın İrana qaçmasından az sonra Şəki xanlığının bərpası istiqamətində edilən başqa cəhdlər 200px|left|thumb|Cənubi Qafqaz 1826-1828-ci illərdə "Qafqazda Rus hakimiyyətinin bərqərar olması" kitabında qeyd edilir ki,
Ölümü
Şəkidə tərtib edilmiş maddeyi-tarixlərdə, Hüseyn xanın hicri 1225-ci ildə ölməsi göstərilir ki, bu da miladi 1829 – 1830-cu illərə uyğun gəlir.
Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan" kitabında yazılanlardan isə belə çıxır ki, Hüseyn xan ruslarla döyüşdə öldürülmüşdür:
Lakin Hacı Cəmil tərəfindən tərtib olunmuş "Şəki xanlarının nəsil şəcərəsində" göstərilir ki, Hüseyn xan 1831-ci ildə, yaşadığı Meşgində vəfat etmişdir.
Ailəsi Atası
Səlim xan 1795 — 1797 və 1805 — 1806-cı illərdə Şəki xanı olmuşdu. O, 4 noyabr 1806-cı il tarixdə, iqamətgahı Nuxa qalasının ruslar tərəfindən döyüş yolu ilə tutulmasından sonra hakimiyyətini itirmiş, əvvəl İrana, sonra isə Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat etmişdi.
Qardaşları
"Şəki xanlarının nəsil şəcərəsi"ndə həm də qeyd edilmişdir ki, Hüseyn xanın qardaşı Hacı xan nə vaxtsa İranda Kirmanşahın qubernatoru imiş və həmin şəhərin yaxınlığındakı Kerend kəndinin adamları tərəfindən öldürülmüşdür. Hüseyn xanın digər qardaşı Süleyman xan isə rus ordusunda xidmət etmiş, Varşavada vuruşmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Oğlanları
"Şəki xanlarının nəsil şəcərəsi"ndə Hüseyn xanın Əbdül xan, Qasım xan və Cəfər xan adlı oğlanlarının olması göstərilir. Nəsil şəcərəsində adı qeyd edilməmiş digər oğlu - Məşədi Məmməd/İsgəndər xan isə Şəki xanı olmağa iddialı idi və hətta 1838-ci ildə Nuxa şəhərini tutub qısa bir müddət ərzində də olsa əlində saxlaya bilmişdi.
Qeydlər
İstinadlar
Kateqoriya:Şəki xanları