Piriyev Eldar Rizvan oğlu — azərbaycanlı filoloq, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru.
Həyatı Eldar Piriyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Filolofiya fakültəsini bitirmişdir. Bir müddət ASE-də elmi redaktor və İranda tərcüməçi işlədikdən sonra 1982-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna işə qəbul olunmuşdur. 1983-cü ildən müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır, 2008-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyir. 2002–2014-cü illərdə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. 1989-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir.
2012-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" nominasiyası üzrə diploma layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Bakı Slavyan Universitetinin professorları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar