thumb|right|250px|Qızılaxtaranlar Çilkut keçidindən keçərkən (1898) Klondayk qızıl hərisliyi (; digər adları Yukon qızıl hərisliyi, Alyaska qızıl hərisliyi, Sonuncu böyük qızıl hərisliyi — ) — 1896-1898-ci illərdə Kanadanın Yukon əyaləti ərazisində baş vermiş qızıl hərisliyi.

Klondayk qızıl hərisliyi 100 minə yaxın qızılaxtaranın bu ərazilərə gəlməsinə səbəb olmuşdur. 1896-cı ilin 16 avqust tarixində ərazidə ilk qızıl mədənləri aşkarlandı, bir il sonra isə bu xəbər Sietl və San-Fransisko şəhərlərinə çatdırılmış və burada minlərlə qızılaxtaran Alyaska və Yukona getmək üçün ciddi hazırlıqlara başlamışlar. Ərazinin soyuq iqlimə malik olması, hündür dağlardan, təpələrdən ibarət olması səbəbindən 30-40 minə yaxın qızılaxtaran Klondayk mədənlərinə çatmadan geri qayıtmışdır.

Klondayk qızıl hərisliyi zamanı cəmi 4 min qızılaxtaran öz məqsədinə çatmışdır. Qalan qızılaxtaranların çoxu ya yarı yoldan qayıtmış, ya da ki, qızıl tapa bilməmişdilər.

Mədəniyyətə təsiri Klondayk qızıl hərisliyi və həmin ərəfədə baş vermiş digər qızıl hərislikləri XIX əsrin sonu - XX əsrin əvvəllərində Amerika mədəniyyətinə öz təsirini göstərmişdir.

1897-ci ilə özü də qızılaxtaranlara qoşulan Cek London, sonradan bu mövzuya həsr olunmuş çox sayda bu gün də məşhur olan roman və hekayələr yaratmışdı.

1925-ci ildə çəkilmiş və Çarli Çaplinin baş rolda oynadığı Qızıl hərisliyi filmində Avara ləqəbli baş qəhrəmanın Klondayk qızıl hərisliyində iştirak etməsindən bəhs olunur.

Həmçinin bax

Qızıla hücum Freyzer Kanyonu qızıl hərisliyi

Xarici keçidlər

Klondike. The Chicago Record's book for gold seekers (1897) (Digitized by the Library of the University of Illinois at Urbana-Champaign) Klondike: The Quest for Gold (documentary film) Victorian Order of Nurses Official Website Women of the Klondike Map of the Chilkoot and White Passes The life of Jack London as reflected in his works Skagway: Gateway to the Klondike Gold Fever! Seattle Outfits the Klondike Gold Rush, a National Park Service Teaching with Historic Places (TwHP) lesson plan University of Washington Libraries Exhibit

Kateqoriya:ABŞ tarixi Kateqoriya:Qızıl hərisliyi Kateqoriya:1896-cı ildəki hadisələr Kateqoriya:Vəhşi Qərb Kateqoriya:Kanadanın iqtisadi tarixi Kateqoriya:Yukon çayı