Kəramət Qəşəm oğlu Nəcəfov, professional adı ilə Kəramət Böyükçöl (17 oktyabr 1987, Əliqulular, İmişli rayonu) — Azərbaycan yazıçısı və publisisti.
Həyatı və fəaliyyəti thumb|right|300px|Kəramət Böyükçöl gənclik illərində, 2009 (sağdan ikinci əyləşən). Kəramət Qəşəm oğlu Nəcəfov 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.Mövlud Mövlud, "Yazıçılar Birliyi və onun ədəbi siyasəti yalandır" . kulis.az — 15 avqust 2013Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi Atası Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub.“Sənin adını oğluma vermişdim, Kəramət Böyükçölə” Səbail rayonundakı 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir.
Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti və sənətçiləri tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən narahat olduğunu və şikayət etdiklərini bildirmişdir. Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini bildirmişdir. Böyükçöl bir gün sonra sərbəst buraxılmış və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanılmışdır.
"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırlamış və bu proqramda siyasi və ictimai mövzular müzakirə edilmişdir.
7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilmiş və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılmışdır.
2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim etmişdir.
Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasını açmışdır. O, daha sonra bu mağazanı bağlamışdır və "qazel" alaraq satıcılıq fəaliyyətinə "yeriyən kitab mağazası" ilə Azərbaycanın regionlarında davam edəcəyini bildirmişdir. O, 2025-ci ilin avqustunda "Böyükçöl" adlı mikroavtobus səyyar kitab evini açmışdır.Başqasının deyil, öz avtobusuma mindim
Düşüncələri
Böyükçöl sazı "cahillik aləti" adlandırıb və "meyxana kimi bir şey" olduğunu bildirib.
Şəxsi həyatı İki dəfə evlənib və ilk evliliyindən Jasmin adında bir qızı,Böyükçöl: “Həkim dedi, artıq gecdir, gedin qəbrini hazırlayın...” ikinci evliliyindən Barış adında bir oğlu var.Barış ordusu - Kəramət Böyükçöldən iki esse Yazıçı və publisist Qəşəm Nəcəfzadənin oğludur.Mövlud Mövlud, Nərgiz Cavadzadə. "Tənqid eləməsəm, deyəcəklər atasına satılıb…" — MÜSAHİBƏ . teleqraf.com — 16 dekabr 2016 Böyükçölün bir bacısı və bir qardaşı var.Kəramət Böyükçöl: “Atamın çoxlu bayağı şeiri var” - MÜSAHİBƏ
Kitabları "Çatlamış fincan", Bakı: Araz, 2009. 58 səh. "Çöl", Bakı, 2010.Kəramət Böyükçölün "Çöl"ü çapdan çıxıb . 525-ci qəzet, — 2010. — 9 oktyabr. — Səh.17. (təkrar nəşr: Bakı: Qanun, 2020; Bakı: Qanun, 2023) "Səkkizinci gün", Bakı, Qanun, 2014, 240 səh. (təkrar nəşr: Bakı: Qanun, 2020; Bakı: 2023.) "Pozğun", Bakı: Zero, 2014. "Məni kim tapa bilər?", Bakı, Mücrü nəşriyyatı, 2020. 128 səh.Kəramət Böyükçölün yeni kitabı çıxdı . kulis.az — 21 may 2020. (təkrar nəşr: Bakı: Qanun, 2021.) "Əlqəmə", 2021 (təkrar nəşr: Bakı: 2023.) "Elçibəyin sirri". Bakı, 2023, 260 səh. "Səs", Bakı, 2023. (təkrar nəşr: Bakı: Kerazon, 2024.) "Fərarinin həyat sevgisi", Bakı: Kerazon, 2024. "Müharibə başlamadı". 2026.
İstinadlar
Xarici keçidlər
Kəramət Böyükçöl — "YouTube" kanalı
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:İmişli rayonunda doğulanlar