Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (; ) — İran naziri, diplomat, siyasətçi.

Həyatı Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdur. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdir. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdur. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmiş, bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı.

Cəfərəli xanın Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi.

Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.

Hüseynqulu xan Cəfərqlu xan oğlu Hidayət Tehrandakı İngiltərə səfarətxanasında müstəşar işləmişdi. Həsən xan Mustovfi əl-Məmalik baş nazirliyi dönəmində İranın Xarici işlər vəziri olmuşdu.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar

Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran nazirləri Kateqoriya:İran diplomatları Kateqoriya:İranın Almaniyadakı səfirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İranın Almaniyadakı səfirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:Farslar