Firəngiz Ağadadaş qızı Qurbanova () — kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, "Birlik" animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024-cü ildən)
Həyatı 12 mart 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə ad. Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışmış, "Birlik" studiyasına rəhbərlik etmişdir. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamı, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülmüşdür. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
Aktyor Ağadadaş Qurbanovun qızıdır. Aktrisa Gülşən Qurbanovanın bacısıdır. Aktyor Hamlet Qurbanovun atabir bacısıdır.
Filmoqrafiya Ad günü (film, 1992) (cizgi filmi) Akvarium (film, 1983) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — quruluşçu rəssam Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: Ayna Anam ağaca çıxıb (film, 1986) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — quruluşçu rəssam Arzunu yarat (film, 1977) Beləliklə, biz başlayırıq (film, 1976) Bir ailəlik bağ evi (film, 1978) Bir axşam... (film, 1985) Bulud niyə ağlayır? (film, 1973) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Gümüşü furqon (film, 1982) Humayın yuxusu (film, 1985) Xatirələr sahili (film, 1972) İfritə Meymunə (film, 1992) İstiqlal şairi (film, 1996) Keşikçi (film, 1990) Kölgədə 40 dərəcə isti (film, 1988) Kürən (film, 1989) Leyli və Məcnun (film, 1961) — rol: Zeynəb Naməlum torpaq (film, 1992) Nə vaxta qədər? (film, 1974) Ömrün səhifələri (film, 1974) Seans (film, 1988) Şahzadə qız (film, 1991) Şir evdən getdi (film, 1977) Yaramaz kral (film, 1990) Yeraltı əhvalat (film, 1975) Yunanlar (film, 1973) Zəka yatarsa... (film, 1996)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313–318. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri