Təhmasib Əhməd oğlu Fərzəliyev () — Azərbaycan folklorşünası, filologiya elmləri namizədi.
Həyatı Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə "Azərbaycan xalq lətifələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. T. Fərzəliyev 1968-ci ildən 1996-cı ilə kimi Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun Şifahi xalq ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. T. Fərzəliyev 1999-cu ildən 2009-cu ilə kimi AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsində elmi fəaliyyətini davam etdirmişdir.
Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
İstinadlar
Kateqoriya:Azərbaycan folklorşünasları