Yapon tarixi — Yaponiyanın keçmişi.

Qədim dövr Yayoi dövründə (b.e.ə. IV — b.e. III əsri), əkinçilik və sənətkarlıq intensiv yayılıb, dəmirçilik sənəti inkişaf edib, dəmir və tunc məlumatların istifadəsinə başlanılıb, ipəkçilik və toxuculuq texnologiyası meydana gəlib, təbii məhsul mübadiləsi yaranıb. Hesab olunur ki, şəkil çəkmə, dəmir, tuncla işləmək bacarıqları Kyuşu adasına Koreyadan gəlib. Həmin dövürdə ilk aristokrat klanları meydana gəlib,dini inanclarını günəş allahı Ameterasudan götürüblər. Bu dövrün adı ilk gil məhsullarının tapıldığı Yayoi (Tokio) ilə bağlıdır.

Kənd təsərüffatının yaranması ilə tayfa ittifaqları ilk Yaponiya dövlətini yaratmağa başladılar. Sonralar idarəetmə mərkəzi cənuba — məhsuldar torpaqları olan Kinay rayonuna yerləşdirilib. Yamato tayfasının hakimiyyəti altında isə, ölkə birləşməyə başladı.

Arxeoloji tədqiqatların nəticələri sübut edir ki, Yapon arxipelaqı alt paleolit dövründə əhali ilə məskunlaşıb (40 min il b.e.ə. — 13 min il b.e.ə). Comon (13 min il b.e.ə — III əsr b.e.ə) dövründə iqlim dəyişiklikləri ilk insanların təsərüffat fəaliyyətinə yiyələnmələrinə səbəb oldu. Onun əsasını ovçuluq, yığıcılıq və dənizçilik təşkil edirdi. Əvvəllər mövcud olmayan dəniz sahillərində əhali meydana gəldi. B.e.ə. 3-cü əsrdən etibarən sadə sənətkarlıq inkişaf etməyə başladı. Bu dövürdə gildən düzəldilmiş əşyalar dünyada ən qədim arxeoloji tapıntı sayılır və bura qadın fiqurları, qablar aiddir.

Kofun dövründə (III–VI əsr) indiki Nara prefekturasının ərazisində ilk yapon dövləti Yamato yaranıb. Tədricən siyasi hakimiyyət qüdrətli Soqa klanının əlində cəmləşib, imperator isə ancaq ali sintoist rəhbəri olaraq qalırdı. Bu cür vəziyyət hal-hazırda da Yaponiyada qalmaqdadır — imperator mühüm dini ayinləri yerinə yetirir, siyasi hakimiyyət isə nazirlərin və parlamentin əlində cəmləşib.

Asuka dövrü (538–710) buddizimin yayılması ilə tanınıb. Çin nümunəsi ilə yaradılmış mərkəzləşdirilmiş hökumət, "Riçuri" adlanan qanunlar toplusu, qitə fəlsəfəsinin və mədəni ideyalarının təsiri ilə ilk Yapon mədəniyyətinin çiçəklənməsi baş verib. Şahzadə Setokonun (593–621)hakimiyyəti dövründən başlayaraq həftədə bir dəfə bərabər şəkildə dini ayinlər keçirilirdi, 7 gün ərzində bütün ailələr — imperator ailəsindən başlayaraq müxtəlif dini ayinlər icra edir, öz əcdadlarına hörmət rəmzi olaraq ölənləri yada salır, ehramlara və ailə qəbirsanlıqlarına baş çəkirdilər. Bu dövrdə ölkənin paytaxtı Heico`nun (müasir Nara) müəyyənləşməsi ilə sona çatdı.

Nara dövrü (710–794) üçün Yaponiya cəmiyyətinin sürətlə çinliləşməsi, ilk tarixi salnamənin yaranması, mədəniyyətin, əsasən də buddizmin və poeziyanın çiçəklənməsi xarakterikdir. 759-cu ildə ilk yapon poeziya məcmuəsi "Manyesyu" yaranıb. Yaponiya mədəniyyətində özünəməxsusluq formalaşıb.

Paytaxtın Kiotoya köçürülməsilə Heyan dövrü (794–1185) başlayır. Bu dövrdə çinlilərdən götürülmüş yeni sistem yaradılıb. Sistemə görə, torpaq və onun mülkiyyətçisi imperatorun əmlakı sayılırdı. Buddist rahibləri, böyük torpaq sahibkarları və ölkə sərhədlərini genişləndirən köçərilər vergidən azad olunmuşdu. Getdikcə buddizmin təsiri güclənirdi və bəzi məbədlər rahib döyüşçülərdən ibarət ordu yaradırdı. Bu dövr milli yapon janrlarının meydana gəlməsi, xüsusilə, ədəbiyyatın çiçəklənməsi ilə yadda qalıb. Heca əlifbası — Kanın yaranması, çin dilinin əvəzinə yapon dilinin işlənməsinə imkan yaratdı. Bu dövürdə özünüdərk və assimilyasiya baş verdi. Çiçəklənən sakura ağacından zövq almaq və digər milli yapon bayramları Heyan dövründə imperator sarayında yaranıb. Aristokratlar vaxtlarını çiçəklənən ağacların altında zövqlə yüngül içkilər içərək şeir oxumaqla keçirirdilər. Sakura ağacının kiçik bir müddətə çiçəklənməsində aristoklatlar həyatın tez keçdiyini anlayır, çiçəklərin gözəllikdən zövq alır, cəsarət və təmiz düşüncə hiss edirdilər.

Buddizmin aristokrat sıralarındakı ölümlərə qarşı tutduğu mövqeyə görə ilk samuraylara qarşı nifrət yaranırdı. 1100-ci ildən başlayaraq imperator sarayı döyüşçü klanları arasında baş verən mübarizələri dayandıra bilmirdi. XII əsrdə 2 əsas nüfuzlu hərbi klan mövcud idi: Minamato (və ya Qenci) və Tayra (və ya Henke).

Qenci (1159) üsyanından sonra 2 klan arasında hakimiyyət uğrunda mübarizədən sonra Tayra Kiomori 1168-cı ildən 1178-ci ilədək imperatoru özünə tamamilə tabe etməklə ölkəyə rəhbərlik edib. Tayranın əsas düşməni Minamota klanı və buddizim monastrı olub. Kiomorinin ölümündən sonra Tayra və Minamota klanları arasında hakimiyyət uğrunda mübarizə Minamotanın qələbəsi ilə başa çatan Qempey (1180–1185) müharibəsinə səbəb oldu. Bu da Heyan dövrünün sonu oldu. Minamota Eritomanın iqamətgahı, Yaponiya tarixində növbəti dövrün adı olan Kamakura şəhəri oldu.

Ümumi tarix Yaponiya (Yaponcada Nihon və ya Nippon, 日 (günəş) 本 (qaynaq), hərfi mənası "günəşin qaynağı"), Uzaq şərqdə adalardan ibarət olan bir ölkədir. Heç bir ölkə ilə quru sərhəddi yoxdur. Şimalında Koreya Yarımadası (Cənubi Koreya və Şimali Koreya) və Rusiya ilə həmsərhəd Yapon Dənizi yerləşir. Qərbdə dəniz kənarında Tayvan və Çin ilə qonşu olan Yaponiyanın şərq və cənubunda isə Böyük Okean yerləşir.

Yaponiyanın ilk sakinlərinin Şərqi Asiya və Cənubi Pasifik adalarından gələn immiqrantlar olduğu sanılmaqdadır. Yapon xalqının atalarının indi Yamato irqi deyə bilinən və M. S. 3 və 4. əsrdə döyüşçü qəbilələr və klanlar üzərinə gedərək üstünlük quran eyni irqə aid insanlar olduğu zənn edilməkdədir.

Dördüncü əsrin sonunda Yaponiya və Koreya Yarımadasındakı krallıqlar arasında təmas qurulmuşdu. Bu tarixdən sonra Yaponiyada Çinin mədəniyyət təsirləri görüldü. Əvvəl Konfutsi dini və sonra Buddizm, Hindistan, Çin, Koreya yoluyla 538 ilində bura girmişdi.

Ölkənin ilk və davamlı hökumət mərkəzi 8-ci əsrin başında Narada quruldu. 710 ilə 784 illəri arasında 74 il bu imperatorluq davam etdi. 794-cü ildə isə Kiotoda yeni bir hökumət mərkəzi quruldu. Bura min il qədər imperatorun oturduğu yer olmuşdur. Paytaxtın Kiotoya daşınması, 1192-ci ilə qədər davam etmiş olan Heian dövrünün başlanğıcı olmuşdur.

1185-ci ildə Danoura Döyüşündə Minamotolar rəqib Taira Kralını yox edərək qalib gəlmişlər. Minemotoların iqtidarı ələ keçirməsi, Şoqun deyilən hərbi liderlər idarəsi altında yeddi əsrlik bir feodal hakimiyyət dövrünün başlanğıcı olmuşdur. 1192-ci ildə Minamotolar hökumət mərkəzini Tokio yaxınındakı Kamakuraya qurdular.

1213-cü ildə iqtidar Minamotolardan, 1333-cü ilə qədər hərbi rəhbərliyi davam etdirən Hogoların əlinə keçdi. Bu dövrdə Monqollar, 1274 və 1281 illərində olmaq üzrə iki dəfə Şimali Kyushuya hücum etdilər. Hər iki döyüşdə müvəffəqiyyətli ola bilməyən Monqollar, ayrıca meydana gələn tayfunların təsiri ilə Yaponiyadan çəkildilər.

1333 ilə 1338 illəri arasında görülən qısa davamlı imperatorluqları, Ashikaga Takauji tərəfindən Kiotoda Muromachidə qurulan yeni bir hərbi rəhbərlik izlədi. Bu qurulan hökumet 1338-ci ildən 1578-ə qədər iki yüz ildən çox bir müddət davam etmişdir.

On altıncı əsrdə Avropalılar Yaponiya torpaqlarına ayaq basdılar. Bu vaxt missionerlər, Xristianlığı burada yaymağa çalışdılar. Bunun üzərinə Yapon liderləri Xristianlığın və qərb düşüncələrinin Yaponiya üçün zərərli olacağına inandıqları üçün Hollandiya və Çin taciri xaric olmaq üzrə bütün xaricilərin Yaponiyaya girişini qadağan etdilər. İki əsr yarım müddətdə Hollandiyalı tacirlərin olduğu bu kiçik ada, Yaponiya ilə xarici dünya arasında tək təmas nöqtəsi olmuşdur.

1853-cü ildə Amerikalı Komodor Matthev c. Perry dörd gəmidən meydana gələn donanmasıyla Tokio Körfəzinə girmiş, ertəsi il təkrar Yaponiyaya gələrək, Yaponları öz ölkəsiylə bir dostluq razılaşması imzalamağa razı salmışdır. Bu razılaşmağı, eyni il içində Rusiya, Böyük Britanya və Hollandiya ilə imzalanan razılaşmalar izləmişdir. Bu razılaşmalar dörd il sonra ticarət razılaşmalarına çevrilmişdir.

Tokuqava Şoqunluğunun dərəbəylik sistemi 1867-ci ildə yıxılmasına qədər keçən on illik müddət içində böyük bir qarışıqlıq hökm sürmüş və 1868-ci ildə Meigi dövrünün təkrar təşkilatlanmasıyla bütün hakimiyyət yenidən imperatorun əlinə keçmişdir.

İmperator Meiginin idarəsində Yaponiya, qərbdə inkişafı əsrlər sürən şeyləri qısa bir müddətdə bacarmağa qoyulmuş, müasir sənayeləri, siyasi quruluşları və müasir bir cəmiyyət modeli ilə müasir bir millət meydana gətirmişdir. Yaponiya 1894–1895-ci illərdə Çinlilərlə, 1904 və 1905-ci illərdə də Ruslarla döyüşmüşdür. Yaponiya hər iki döyüşü də qazanaraq 1875-ci ildə Rusiyaya verdiyi Sahalin Adalarını geri götürmüş, Formosa və Koreyanı ələ keçirmiş və Mançuryada bəzi çıxarlar əldə etmişdi. 1920-ci ildə Yaponiya, Anqlo-Japon Birləşməsi qərarları lazımınca Birinci Dünya Müharibəsinə girmişdi.

1937-də Yaponiya-Çin Müharibəsi başladı. Birinci Dünya Savaşında Almanlara qarşı döyüşən Yaponiya, 1939-da Almaniya və İtaliya ilə hərbi ittifaq qurdu və 7 dekabr 1941-ci ildə Havay Adalarına basqın edərək Amerikan donanmasını yox etdi. Savaşın ilk illərində üstün görünən Yaponlar, sonrakı illərdə ağır itkilərə uğradılar. Amerikan təyyarələrinin 6 avqust 1945-ci ildə Hiroshima və 9 Avqustda Nagasakiyə atdıqları atom bombaları İkinci Dünya Savaşının nəticəsini bildirmişdi. 14 avqust 1945-ci ildə qeydsiz şərtsiz təslim olmağı qəbul edən Yaponiya ilə 2 Sentyabr 1945-ci ildə rəsmi təslim razılaşması imzalandı.

Yeddi il sonra, 1951-ci ilin Sentyabr ayında Yaponiya 48 dövlətlə San Franciskoda Barış Andlaşmasını imzaladı. 1952-ci ilin Aprel ayında qüvvəyə minən bu razılaşma ilə Yaponiya təkrar istiqlalını qazandı. 1956-cı ildə isə Yaponiya 80-ci dövlət olaraq Birləşmiş millətlərə tam üzvlüyə qəbul edilmişdir.

Müstəqilliyini qazandıqdan sonra böyük bir iqtisadi inkişaf ilə bugünkü rifah səviyyəsinə çatmış və texniki və elmdə çox irəli getmiş olan Yaponiya, az qala bütün dünya bazarlarını ələ keçirmiş bir dövlətdir. Liberallar İkinci Dünya Savaşından bu yana iqtidardadır. 1926-da taxta keçən İmperator Hirohito, 7 yanvar 1989-da öldü. Yerinə böyük oğulu Şahzadə Akihito taxta keçdi və 1990 Noyabr ayında tac geydi.

XVIII əsr tarixi

Yaponiya XIX əsrdə XIX əsrin əvvəllərində Yaponiyanı Tokuqava nəslindən olan Syoqun (yaponca-"vəhşiləri itaətə gətirən Böyük sərkərdə" deməkdir. Irsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu) idarə edirdi. Bu dövrdə də Yaponiyada müxtəlif torpaq mülkiyyəti formaları vardı. Samuraylar Yaponiyada ali silki təşkil edirdilər. Syoqunun hələ 1721-ci ildə verilmiş fərmanı ilə şəhərlərin ticarət-sələmçi kapitalı becərilməyən torpaqlardan istifadə hüququ almışdı. Torpaq mülkiyyətinin yeni formasının meydana gəlməsi, habelə əmtəə-pul münasibətlərinin inkişaf etməsi kənd təsərrüfatında bir sıra dəyişikliklərə şərait yaratmışdı. xıx əsrin birinci yarısında kənddə muzdlu əməkdən istifadə olunurdu.