Lətafət Məmmədova () — rəssam.

Həyatı Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır.

Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir.İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart

Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir.

O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir.

2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır.

Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır.

Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.

İstinadlar

Mənbə İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart. http://apa.az/az/print/180075

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları