Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi (; ) — Teymurilər dövrü tarixçisi və diplomatı.
Həyatı Əbdürrəzzaq Səmərqəndi 1413-cü ildə Herat şəhərində doğulmuşdu. Uzun müddət Teymurilərin sarayında (Səmərqənddə) xidmət etmişdir. 1463-cü ildən isə o, Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi olmuşdur. O, fars dilində yazdığı "Mətləi-sədeyn və məcməi-bəhreyn" ("İki xoşbəxt ulduzun doğulması və iki dənizin qovuşması") adlı əsərində 1304–1470-ci illərin hadisələrini əks etdirmişdir.
Əsərin II cildində Çobanilər, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurilərin Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş üsyanlar haqqında məlumatlar vardır.
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi 1482-ci ildə Herat şəhərində vəfat edib.
Əsərləri Əbdürrəzzaq Səmərqəndi Mavəraünnəhr və Orta Şərq məmləkətlərinin XIV–XV əsrlərdəki tarixinə aid məlumatları yazısında cəmləşdirib "Mətləi-səideyn və məcməi-bəhreyn" adlı əsər qələmə almışdı.
Əsərin tənqidi mətni elmi izahlarla 1960-cı və 1969-cu illərdə Daşkənd şəhərində nəşr edilib.
Əsərin əlyazmasının bir nüsxəsi Saltıkov-Şedrin adına LDUK-də saxlanılır. 1941 və 1949-cu illərdə iki cilddə Lahorda, 1974-cü ildə isə I cildi Tehranda nəşr olunmuşdur.
Mənbə Ўринбоев А., Абдураззоқ Самарқандийнинг Ҳиндистон сафарномаси, Т., 1960.
İstinadlar
Kateqoriya:Tarixçilər Kateqoriya:XV əsr tarixçiləri Kateqoriya:Özbəkistan tarixçiləri
Xarici keçidlər