Şahzadə Mehmed () — I Süleymanın Xürrəm Sultandan doğulan və Manisa sancaqbəyi olan oğlu.

Həyatı

Uşaqlıq və gənclik illəri Şahzadə Mehmed 1521-ci ildə Köhnə Sarayda dünyaya gəlmiş, uşaqlıq illərinin bir hissəsini məhz burada keçirmişdir. Elmə və incəsənətə meyilli, fiziki olaraq cılız bir şahzadə olan Mehmedin təhsilinə istər saray əhli, istərsə də atası I Süleyman diqqət yetirmişdir.Köse, Osman (2010). I. Süleyman. Samsun: Ondokuz Mayıs Üniversitesi. Atası Sultan Süleymanın Avstriya səfərinin ardından qardaşları Şahzadə Mustafa və Şahzadə Səlimlə birlikdə mğhtəşəm bir mərasimlə sünnət edilmişdir. 27 iyun 1530 tarixində başlayan mərasim 3 həftə boyunca davam etmişdir.IŞIK, Mehmet. "Siyaset ve Şenlik 1836 Sur-i Humayunu", İstanbul 2014

1540-cı ildə böyük qardaşı Şahzadə Mustafanın Manisadan alınaraq Amasiyaya göndərilməsinin ardından Şahzadə Mehmed Manisa sancaqbəyi olaraq təyin olundu. İki il boyunca bu vəzifədə qalan Şahzadə Mehmedin bu vəzifəyə gəlməsində anası Xürrəm Sultanın da təsiri olmuşdur.

Ölümü Şahzadə Mehmedin 6 noyabr 1543 tarixində baş verən ölümü haqqında müxtəlif fərziyyələr var.Öztuna, Yılmaz. Kanuni Sultan Süleyman. Babıali Kültür Yayınları, 2006. s. 174–189 Bəzi tarixçilər onun o illərdə epidemiya olaraq yayılan çiçək xəstəliyindən vəfat etdiyini yazsalar da, bir qrup tədqiqatçı onun öz əcəliylə vəfat etdiyini qeyd edir.Uzunçarşılı, İsmail Hakkı (1951, yeni ed. 1998), Osmanlı Tarihi: İstanbul'un Fethinden Kanunî Sultan Süleyman'ın Ölümüne Kadar, Ankara:Türk Tarih Kurumu Yayınları Şahzadə Mehmedin məzarı İstanbulda atasının əmrilə 1543–1548 tarixlərində inşa olunan Şahzadəbaşı məscidində yer alır. Türbənin ən baş tərəfində Şahzadə Mehmed, orta hissəsində qızı Hümaşah Sultan, ən son hissədə isə kiçik qardaşı Şahzadə Cahangirin məzarları yerləşir. Məscidin həyətində isə bacısı Mehrimah Sultanın əri və dövrün sədrəzəmi Rüstəm Paşanın məzarı yerləşir.

Mənbə

Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:1543-cü ildə vəfat edənlər Kateqoriya:6 noyabrda vəfat edənlər