Zemfira Yusif qızı Səfərova () — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017).Akademik AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb
Həyatı Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.
Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.
Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.
Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.
Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.
Mükafatları Əməkdar incəsənət xadimi(1989) Əməkdar elm xadimi(2006) "Humay" mükafatı laureatı AMEA-nın fəxri fərmanı Şöhrət ordeni(2022)
Əsərləri
Kitabları "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998. "Музыкально-эстетические взгляды Узеира Гаджибекова". Moskva, 1973. "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər". "Kapa Kapaeв. Научно публисистическое наследие". Bakı: "Elm", 1988. M. M. Nəvvabın "Vüzuhul-ərqam" risaləsi. Bakı: "Elm", 1989. Səfiyəddin Urməvi. Əbdül Qadir Marağayi. Qədim musiqi terminləri lüğəti. Ölməzlik. Şərq musiqisinin peyğəmbəri. Azərbaycan musiqi tarixi: I cild. Bakı: "Şərq-Qərb", 2012.
Məqalələri Tehranda Səfiəddin Urməviyə həsr edilmiş beynəlxalq konress. "Musiqi dünyası" jurnalı. Fətullah Şirvani və onun "Musiqi məcəlləsi" risaləsi . "Qobustan" jurnalı. XV əsr Şirvan aliminin "Musiqi məcəlləsi". "Musiqi dünyası" jurnalı. "Musiqi məcəlləsi" (XV əsr) və "Vüzuhul Ərqam" (XIX əsr) risaləsində muğamın və musiqi alətlərinin rolu (dini baxışlar kontekstində). "Musiqi dünyası" jurnalı. Şərq musiqisinin peyğəmbəri. C. Qaryağdıoğlunun anadan olmasının 150 illiyi münasibətilə. 525-ci qəzet.- 2011.- 31 mart.- S.7. Некоторые проблемы сохранения, издания и исследования азербайджанского музыкального наследия в эпоху глобализации. Международный музыкальный культурологический журнал HARMONY. Музыкальные сочинения и стихи Абдулгадира Марагаи. Международный музыкальный культурологический журнал HARMONY.
Xatirəsi 2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
Həmçinin bax Fətullah Şirvani Əbdülqadir Marağayi Elmira Səfərova
Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Azərbaycan musiqi pedaqoqları