Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd.
Tarixi Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdir
M. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilirKalankatuklu M. Albaniya tarixi, Bakı, "Elm", 1993. s.96. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdıKalankatuklu M. Albaniya tarixi, Bakı, "Elm", 1993. s.218. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılarQumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.67 və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlarQumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.188 189. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdirДревнетюркский словарь, Л., "Наука", 1969. s.519.
Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yexeqnavan qoyulmuşdur.
Toponimi Mənbədə Şidlu kimidir. Yerli tələffüz forması: Şidli. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Vedi nahiyəsində Qarauca=Şetli, Haranlı=Şetli və Kunsulu=Şetli adlı üç Şetli kəndi vardı. XIX əsrdə Tiflis quberniyasının Şorapan qəzasında Çidili kəndi [133, 281] və Azərbaycanda Çidibaş (Zaqatala r-nunda dağ adı) toponimləri ilə mə’naca eynidir. Qədim türk dillərində çit-"böyür", "hüdud" sözündəndir.
Əhalisi Kənddə 1831-ci ildə 263 nəfər, 1873-cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 992 nəfər, 1904-cü ildə 77 nəfər, 1914-cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 156–157. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar. İndiki Ermənistande Sovet hökuməti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər, 1972-ci ildə 1357 nəfər, 1987-ci ildə 2000 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.238–239 azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
Tanınmışları Zöhrab Mirzəyev — Zahid Əliyev — 20 Yanvar şəhidi. Əyyub Abdullayev — 20 Yanvar şəhidi. Əbülfət Hüseynov Şəhid . Etibar Fərəcov şəhid . Elmar Etibarin dayisi Məhərrəmov şəhid. Ajdər Hüseynov şəhid.
Mənbə Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri