Dürrə Əlabbas qızı Məmmədova-Kosmodemyanskaya — İkinci Dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981).
Həyatı Dürrə Məmmədova 25 dekabr 1923-cü ildə Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəkidəki Nuxa Əczaçılıq Texnikumunu bitirib. Bu zaman Dürrə xanımın 17 yaşı varidi. Müharibənin ilk günlərindən o, könüllü cəbhəyə gedərək, Qara Dəniz Donanmasında 43 №-li hərbi hospitalda xidmət etmişdir. Dürrə xanım Novorossiysk şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə 18-ci Ordunun tərkibində tibb işçisi kimi iştirak etmiş, 1948-ci ildə ordudan tərxis olunmuşdur. O, 1949–1951-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq), 1951–1961-ci illərdə Uzaq Şərqdə hərbi hospitallarda işləyib. 1961-ci ildən Bakıda, Baş Aptekler İdarəsi sistemində çalışıb.
Mükafatları "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən müharibəsi" ordeni SSRİ tibb xidməti əlaçısı Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan "Florens Naytingel" medalı (2005)
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:SSRİ baş leytenantları Kateqoriya:Florens Naytingel