Vlatko Lozanoski () — 27 iyun 1985-ci ildə Makedoniyanın Kiçevo şəhərində anadan olan və daha çox "Lozano" ləqəbi ilə tanınan Makedoniyalı müğənni.

Vlatko Lozanoski Esma Recepova ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Makedoniyanı "Pred Da Se Razdeni" mahnısı ilə təmsil edib. Onlar 2-ci yarımfinalda—16 may 2013-cü il tarixində 3-cü nömrə altında çıxış etdilər və 28 xalla ən sonuncu—16-cı yerdə qərarlaşaraq finala keçə bilməyiblər. Bu da Makedoniyanın Avroviziya tarixində ən pis nəticəsi oldu. Diskoqrafiyası 2008: Obicen bez tebe, Vrati me 2009: Duso varjliva; Sonce ne me gree; 2010: Ochi sto tajni krijat; Zeleno; Letam kon tebe 2011: Koga mene ke me nemas; Kako den jasno e 2012: Nema den, nema nokj 2013: Pred da se razdeni 2014: Mandarina 2015: Kako tebe nema druga 2016: Zena kako ti; Bonbora 2017: Ова лето кé се памти

İstinadlar

Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Şimali Makedoniya müğənniləri Kateqoriya:Şimali Makedoniyanın "Avroviziya" təmsilçiləri