Fəxri Mirzə Abbas () — tərbiyəçi-müdərris, Ağa Məhəmməd Şah Qacarın müəllimi və baş vəziri.
Həyatı 1776-cı ildə İrəvan şəhərində doğulmuşdur. Atasından təhsil və həyat təcrübəsini əldə etdikdən sonra, təhsilini davam etdirmək üçün İsfahana getmiş. Təhsilini başa vurduqdan sonra tərbiyəçi-müdərris kimi tanınmışdır. O, Ağa Məhəmməd Şah Qacarın müəllimi olmuşdur. Onun etimadını qazanmış Hacı Mirzə Ağası A.M.Qacarın 14 il şahlığı dövründə onun baş vəziri olmuşdur və hicri-qəməri 1265-ci ildə İraqda vəfat etmişdir. Diplomatik fəaliyyətlə yanaşı Hacı Mirzə Ağası ərəb və fars dillərində şeirlər yazmışdır:
Qara saçların dağılıb səpiləndə yanaqlara, Deyəsən buludlar örtür ay üzünü ara-sıra. Soruşdum neyçün belə pərişan olmuşdur zülflərin, Dedi: Həbəş sultanı qoşun çəkmişdir saçlara.
Mənbə
Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Kateqoriya:İrəvanda doğulanlar