Mikloş Horti (; ) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral.
Həyatı Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Ştefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağından 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyasına daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.Admiral Nicholas Horthy: MEMOIRS
Hərbi fəaliyyəti Gənclik illərində Avstriya-Macarıstan diplomatı kimi Osmanlı imperiyası da daxil olmaqla dünyanın bir çox ölkələrinə səyahət etmişdir. 1908–1911-ci illərdə Avstriya-Macarıstan imperatoru Frans İosifin əmr zabiti olaraq böyük hörmətə sahib idi. Birinci Dünya müharibəsi illərində kapitan rütbəsinə yüksəlmiş və Avstriya-Macarıstan donanmasında admiral olmuşdur. 1917-ci ildə italyan donanmasını bir neçə dəfə məğlub etmiş, Otranto döyüşündə yaralanmışdır. 1918-ci ildə Avstriya-Macarıstan donanmasında baş komandan rütbəsi almışdır.
Kral naibi left|thumb|Mikloş Horti Adolf Hitlerlə birlikdə Macar sosialist və kommunistlər Bila Kunun rəhbərliyi altında 1919-cu ildə Macarıstan inqilabçı hökumətini yaradaraq və Macarıstan Sovet Cumhuriyyəti elan etmişdir. Bila Kun Hortidən xahiş etmişdi ki, ona bağlı olan qüvvələrə komandirlik etsin. Lakin tezliklə mütəffiq qoşunlarının Fransanın köməyi ilə Macarıstanı ələ keçirməsi ilə Kun hökuməti devrildi. Mikloş Horti həbs edildi. 1919-cu ildə azadlığa buraxıldıqdan sonra Milli Ordunun rəhbəri oldu. 1941-ci ilin aprel ayında Macarıstan Hortinin rəhbərliyi ilə Almaniyanın mütəffiqi olaraq IBirinci Dünya müharibəsinə qoşulmuşdur. Lakin 1944-cü ilin müharibənin Almaniyanın əleyhinə irəliləməsi nəticəsində, Macarıstanı mütəffiq qoşunlarına təslim edəcəyini bildirmişdir. 1944-cü ilin dekabr ayında Budepeşt Sovet ordusu tərəfindən mühasirəyə alınmış, Mikloş Horti isə həbs edilərək Bavariyaya göndərilmişdir.
Ölümü Müharibənin sonuna qədər Bavariyada ev həbsində saxlanılan Horti 1 may 1945-ci ildə ABŞ 7 ordunun əsgərləri tərəfindən xilas edilsə də, yenidən həbs edildi. Daha sonra 17 dekabr 1945-ci ildə Nürnberq həbsxanasından azadlığa buraxılmış və Bavariyada yaşayan ailəsinin yanına qayıtmışdır. 1948-ci ildə Nürnberq məhkəməsində şahid qismində çıxış etmişdir. Həmin il Portuqaliyaya köçmüş və ömrünün sonuna qədər burada yaşamışdır. 9 fevral 1957-ci ildə vəfat etmişdir.
Əsərləri Xatirələrini qələmə aldığı "Macarıstana həsr edilmiş həyat" () adlı əsəri 1953-cü ildə alman dilində yayımlanmışdır. Əsər sonradan ingilis dilinə tərcümə edilmişdir.
İstinadlar
Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Macarıstanda antisemitizm Kateqoriya:Macarıstan əsgərləri Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:XX əsr Macarıstan şəxsləri Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları