Hüceyrənin bölünməsi — bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir. Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli deyilir. Hüceyrənin əsas bölünmə üsulları aşağıdakılardır: Mitoz Meyoz Amitoz Endomitoz

Hüceyrənin həyat tsikli Hüceyrənin həyat tsikli iki dövrə ayrılır: İnterfaza (iki bölünmə arasındakı dövr) Xüsusi dövr (mitoz)

İnterfaza dövrünün mərhələləri İnterfaza dövrü də öz növbəsində 3 ardıcıl dövrdən ibarətdir: Sintezdən əvvəlki dövr (Presintetik dövrü və ya G1 dövrü) Sintetik dövr (S dövrü) Postsintetik dövr (G2 dövrü)

Sintezdən əvvəlki dövr Bu dövrdə hüceyrə ona məxsus olan fizioloji prosesləri həyata keçirir. Cavan hüceyrələrin sürətlə böyüməsi üçün spesifik zülallar, yağlar, karbohidratlar və s. sintez olunur və DNT sintezinə hazırlıqla əlaqədar proseslər gedir. Həmin vaxtda güclü RNT sintezi gedir. Bu, hüceyrədə spesifik zülalların toplanması ilə sübut olunur. Presintetik dövrdə habelə nukleotid-fosfokinaza fermenti sintez olunur. Bu proseslər göstərir ki, G1 – dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur.

Sintetik dövr Bu dövrdə DNT molekulu reduplikasiya olunur. Müəyyən edilmişdir ki, hüceyrə sitoplazmasında DNT molekulu prosesləri ilə paralel histonların intensiv sintezi müşahidə edilir. Histonlar sonradan nüvəyə miqrasiya edir və orada DNT molekulu ilə rabitəyə girir. Sintetik dövrün müddəti nisbətən sabitdir və reduplikasiya prosesində iştirak edən rüşeym hüceyrələrinin mitotik tsiklinə 11 saat tələb olunursa, bunun 3.5 saatı presintetik dövrün, 5.5 saatı isə sintetik dövrün payına düşür. Sintetik dövrün 5.5 saat çəkməsi onunla əlaqədardır ki, DNT-nin molekulyar komponentinin müxtəlif sahələri eyni vaxtda ikiləşmir.

Postsintetik dövr RNT və hüceyrənin bölünməsi üçün zəruri olan zülalların sintezi davam edir, hüceyrə mərkəzi bölünməyə başlayır və əmələ gəlmiş hər bir sentriol qütblərə çəkilir. Bu dövrdə mitotik iyin zülallarının sintezində iştirak edən r-RNT ribosomlarının və mitozun keçməsi üçün zəruri olan m-RNT-nin sintezi də gedir. Postsintetik dövrdə mitoz bölünmə üçün vacib olan enerjinin toplanması müşahidə olunur.

Mitoz bölünmə Hüceyrənin mitoz bölünməsini ilk dəfə 1874-cü ildə İ.D.Çistyakov plaun sporlarında müşahidə etmişdir. O gedən proseslərin ardıcıllığını bir o qədər aydınlaşdıra bilməmişdir. 1875-ci ildə Strasburger bitki və heyvan hüceyrələrində mitozun daha müfəssəl təsvirini verə bilmişdir. 1879-cu ildə V.Şleyxerin və V.Flemminqin daha müfəssəl tədqiqatları mitoz bölünmənin ümumi gedişini müəyyən etməyə imkan vermişdir. V.Flemminq mitozun ümumi qanunauyğunluqlarını təsvir etmiş və bölünmə ilə əlaqədar olan əsas terminləri vermişdir, həmin terminlər bu günə qədər qüvvədə qalır. 600|thumbnail|right|Hüceyrənin mitoz bölünməsi Mitoz bölünmənin fazaları Mitoz bölünmə bir-birinin ardınca gedən dörd fazadan ibarətdir: Profaza Metafaza Anafaza Telofaza

Profaza nədir? Profaza — xromosomlar spirallaşır, qısalıb qalınlaşır. Profazanın ortasında xromosomlar biri digərinə sarınmış iki xromatiddən ibarət olur. Eyni vaxtda nüvəcik kiçilir, profazanın sonunda tamamilə itib gedir. Bundan sonra nüvə membranı itir. Profazada baş verən çox mühüm hadisə bölünmə iyinin əmələ gəlməsidir. Sentriollar aralandıqca onların arasında setrodesmal tellər formalaşır. Sonralar xromosomlar özlərinin sentriol hissələri ilə bu tellərlə birləşir. Profaza nüvə membranının tam dağılması ilə başa çatır. Nəticədə nüvə möhtəviyyatı sitoplazma ilə qarışır.

Metafaza nədir? Metafaza – bu fazada xromosomların spirallaşması davam edir və xromosomların daha da qalınlaşmasına və qısalmasına səbəb olur. Metafazanın ortasında ekvatorial lövhə, yaxud metofaza lövhəsi əmələ gəlir. Bu zaman xromosomlar bölünmə ekvatori üzrə, yəni iy tellərinə perpendikulyar və qütblərdən eyni məsafədə düzülür. Metafazanın sonunda xromatidlər bir-birindən tamamilə ayrılır, onların çiyinləri paralel yerləşir.

Anafaza nədir? Anafaza – bu faza sürətlə gedir. Əvvəlcə xromotidləri birləşdirən sentromerlər bölünür, sonra sentromerlər aralanır və xromotidlər qütəblərə doğru çəkilir. Anafazada xromosomların hərəkəti iki cür olur: Sentromerlərə birləşən iy tellərinin qısalması; Mitotik iyin mərkəzi (dayaq) tellərinin uzanması. Nəticədə onlar arasında məsafə artır və qız xromosomların aralanmasına səbəb olur.

Telofaza nədir? Telofaza – qız xromosomlar bölünmə iyinin qütblərinə çatan andan başlayır. Telofazanın əvvəlində qız xromosomlar V-vari formada olur, sonra despirallaşır, yəni interfaza vəziyyətinə qayıtmağa başlayır, nüvə membranı formalaşır, nüvə membranı qapanandan sonra nüvəciklər əmələ gəlir.

Telofazada gedən bu proseslərlə yanaşı, hüceyrənin sitoplazması bölünməyə başlayır – sitogenez gedir. Yuxarıda təsvir edilən kario və sitokinetik proseslərdən başqa, telofazada digər dəyişiliklər də baş verir:

sitoplazmanın özlülüyü meta və anafazadakına nisbətən azalır. sentriollar öz fəallığını itirir və astrosfer zəif görünür. Holci aparatı və mitoxondrilər qız hüceyrələri arasında nisbətən bərabər paylanır.

Telofaza başa çatanda təzə meydana gəlmiş iki cavan hüceyrə interfazaya keçir, bununla da özünün həyat tsiklinə başlayır. Mitoz bölünmə nüvənin bölünməsi (kariokinez) və sitoplazmanın bölünməsi (sitokinez) proseslərindən ibarətdir, bu proseslər zamanı ana hüceyrədəki irsiyyət maddəsi iki qız hüceyrə arasında tam bərabər paylanır.

Meyoz bölünmə Meyoz – cinsi hüceyrələrin bölünmə üsuludur. Bölünmə nəticəsində xromosomlar reduksiya olunur, yaxud sayca azalır və hüceyrələr diploid haldan haploid hala keçir. Meyoz hadisəni ilk dəfə 1882-ci ildə V.Flemminq heyvan hüceyrəsində kəşf etmişdir. 1888-ci ildə E.Strasburger bitki hüceyrələrində xromosomların əmələ gəlməsini müəyyənləşdirmişdir.

Meyoz bölünmənin tipləri Yeni qametlərin əmələ gəlməsinə başlanma baxımından asılı olaraq üç meyoz bölünmə tipi məlumdur: Ziqot Qamet Aralıq

Ziqot tipi Ziqot – yaxud ilkin meyoz tipi askomisetlər (kisəli göbələklər) bazidiomisetlər, bəzi yosunlar, sporlular və digər orqanizmlərə xasdır. Bunların həyat tsiklində haploid faza üstünlük təşkil edir. Həmin orqanizmlərdə meyotik bölünmə bilavasitə mayalanmadan sonra başlayır. Belə orqanizmlərin həyat tsiklində qeyri-cinsi çoxalmanın (haplofaza, yaxud qametofit fazası) cinsi çoxalma (diplofaza, yaxud sporofit fazası) ilə növbələşməsi müşahidə edilir. Həm də haplofaza həyat tsiklində diplofazaya nisbətən daha çox vaxt aparır.

Qamet tipi Qamet tipli meyoz birhüceyrəli orqanizmlər, bəzi ibtidat bitkilər və çoxhüceyrəli heyvanlar üçün səciyyəvidir. Onların həyat tsiklində diplofazanın üstünlük təşkil etməsi müşahidə olunur. Məsələn, yaşıl kodium yosunu ancaq cinsi çoxalma yolu ilə inkişaf edir. Bu zaman haploid erkək və dişi qametləri meydana gəlməsi ilə nəticələnir. Sonrakı qametogenez prosesində reduksion bölünmə gedir və haploid xromosom dəstinə malik cinsi hüceyrələr yaranır. Qamet tipli meyoz məməlilər və insan üçün səciyyəvidir. Onların erkən embrional inkişaf mərhələsində rüşeym qonadasının əsasının qoyulması və inkişaf prosesləri gedir. Sonralar ilkin cinsi hüceyrələr qametogenez prosesində reduksion bölünməyə məruz qalır, bunun da nəticəsində haploid qametlər yaranır. Məlumdur ki, mayalanmanın son nəticəsi diploid ziqotun əmələ gəlməsidir. Diploid ziqot bölünmə prosesinə məruz qalaraq, formalaşan orqanizmin bütün diploid hüceyrələrinin əmələ gəlməsinə səbəb olur.

Aralıq tipi Aralıq, yaxud sportipli meyoz ancaq ali bitkilərdə müşahidə olunur və diploid bitkilərin çoxalma orqanlarında dişi (meqasporlar) və erkək cinsi hüceyrələr (mikrosporlar) yaranır. Erkək cinsi hüceyrələr reduksion bölünməyə məruz qalaraq haploid xromosom dəstinə malik dörd hüceyrədən ibarət tetrada yaranmasına səbəb olur. Əvvəlki meyoz tipindən fərqi budur ki, əmələ gələn haploid hüceyrələr reduksiyaya uğramış haplofazanın gedişində yenə də bir neçə dəfə bölünür (mitotik yolla), onlardan qametogenezin tipinə görə ya toz dənələri və ya rüşeym kisəsi əmələ gəlir. Bunlardan birincisində spermilər, ikincisində isə yumurta hüceyrə və ikinci hüceyrə olur. Beləliklə, aralıq yaxud sportipli meyozda orqanizmlərin həyat tsiklində diploid faza haploid faza üzərində üstünlük təşkil edir.

Meyoz bölünmə fazalarının xarakteristikası Bitki və heyvan orqanizmlərinin cinsi hüceyrələrinin yetişmə prosesində xromosom sayının azalımasına səbəb olan hüceyrə nüvəsində mürəkkəb dəyişikliklər gedir. Meyoz nəticəsində ilk cinsi hüceyrələr yetişmə dövrünə daxil olduqdan sonra ardıcıl gedən iki meyoz bölünmə prosesinə məruz qalır və beləliklə də, diploid hüceyrələrdən – haploid qametlər yaranır. 800|thumbnail|right|Meyoz bölünmənin sxemi Bu ardıcıl gedən bölünmələri meyoz I və meyoz II ilə işarə edirlər. Meyoz I başlanmamışdan qabaq qametogenezin böyümə mərhələsində olan və bölünməyə başlayan interfaza hüceyrə nüvəsində mürək- kəb dəyişikliklər baş verir – DNT molekulunun reduplikasiyası ilə xromosom materialı ikiqat artır. Belə ki, adətən meyotik bölünməyə başlayan hüceyrələrdə diploid (2 n) xromosom dəsti və ona müvafiq miqdarda DNT (2 c) olur. Hüceyrənin meyoza hazırlıq prosesində interfaza xromosomlarının sayı ikiqat artmadan DNT molekulları ikiqat artır (4 c). Beləliklə, böyümə dövrünü keçirən spermatozoidlər və I dərəcəli ovositlərdə diploid sayda xromosom (2 n) və ikiqat miqdarda DNT (4 c) olur. Birinci meyotik, yaxud reduksion bölünmə nüvənin I profazadan I telofazayadək olan tsiklini əhatə edir. Haploid saylı xromosom dəstinə malik qız hüceyrələrin yaranması ilə başa çatır. Meyoz bölünmənin I profazası ən mürəkkəb dəyişikliklərin getməsi ilə əlaqədardır.

I profazanın mərhələləri I profaza beş ardıcıl mərhələyə bölünür: Leptotena Ziqotena Paxitena Diplotena Diakinez

Leptotena mərhələsi Leptotena – nazik tellər mərhələsidir. Bu zaman interfazada DNT-nin ikiləşməsi hesabına nüvə böyüyür. Nüvənin interfaza üçün xas olan torlu strukturu ayrı-ayrı tellər halına keçir. Leptotenada xromosomlar çox nazikdir, lakin DNT molekulu reduplikasiyanın nəticəsi olaraq ikiqat xromosom tellərinə xromonemlərə malikdir. Lakin kifayət qədər spirallaşmadıqlarına görə qız xromotidlər bir-birinə kip yapışmaqda davam edir və bu səbəbdən də xromosomların ikili təbiəti işıq mikroskopunda aydın görünmür. Onu yalnız elektron mikroskopunda görmək mümkündür. Beləliklə, leptotenada diploid sayda xromosom (2 n) və ikiqat artmış sayda (4 c) DNT olur. Profaza I-in bu dövründə xromosomlarda DNT ilə zəngin sahələr – xromomerlər meydana gəlir.

Ziqotena mərhələsi Ziqotena – ikiləşmiş homoloji xromosomların konyuqasiyası ilə xarakterizə olunur. Konyuqasiya homoloji xromosomların bütün sahələri boyunca bir-birinə sıx sarınmışdır. Konyuqasiya zamanı həmin homoloji xromosomlar bir-birinə yanaşaraq cüt birləşmələr – bivalentlər əmələ gətirir. Bu bivalentlər dörd xromatiddən ibarət olur. Konyuqasiya, yaxud sinapsis prosesində homoloji xromosomların identik sahələri bir-birinə yaxınlaşır. Çox vaxt konyuqasiya edən xromosomlar sentrometr və telomer sahələrində sıx yaxınlaşır, sonra bu proses xromosomun bütün uzunu boyu yayılır. Homoloji xromosomlar hələ leptotenanın sonunda hər homoloqun səthində formalaşan sinoptonemal kompleks homoloji xromosomların uzunu boyu onların sıx birləşməsinə şərait yaradır. Cinsi yolla çoxalmaq qabiliyyəti olan bütün eukariot orqanizmlərdə sinaptonemal kompleks olur. Bu cür formalaşmış sinantonemal kompleks olur. Bu cür formalaşmış sinantonemal kompleks I profazanın sonrakı mərhələlərində saxlanılır. 800|thumbnail|right|Meyoz bölünmə Paxitena mərhələsi