XII döş və bel kələfiniə aid II bel sinirlərinin ( Th12 və L2 ) liflərindən təşkil olunmuşdur. Şaxələri Yan dəri şaxəsi () qalça darağının ortasında qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn əzələsindən keçərək bud nahiyəsi dərisinin yuxarı bayır hissəsinə şaxələnərək XII döş sinirinin (Th12)yan dəri şaxələri ilə birləşirР. Д. Синельников, Я. Р. Синельников Мышцы таза // Атлас анатомии человека. — 2-е. — М.:: Медицина, 1996. — Т. 4. — С. 185. — 320 с. — 10 000 экз. — ISBN 5-225-02723-7. Ön dəri şaxəsi () qalça-qarınaltı sinirin davamı olaraq, xarici köndələn əzələ aponevrozundan keçərək, qasıq naiyəsi dərisinə şaxələnir. Əzələlər şaxəsi () qalça-qarınaltı sinirin əsasından ayrılaraq, qarının köndələn və daxili çəp əzələlərinə şaxələnir. Vəzifəsi Qalça-qarınaltı sinir qarışıq sinirlərdən olub hissi və hərəki sinir liflərindən təşkil olunmuşdur. Hissi sinir lifləri sarğının yuxarı hissəsinin dərisini, qasıq naiyəsinin dərisini innervasiya edir. Hərəki sinir lifləri isə qarının köndələn və daxili çəp əzələlərini innervasiya edərək onların təqəllüsünü təmin edir.
İstinadlar
Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Onurğa beyni Kateqoriya:Aşağı ətraf sinirləri