Cəbrail Osmanov () — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü.

Həyatı Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb.

Uzunömürlü, İkinci Dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur.

Mükafatları 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985. " Staxanov hərəkatı 50 illiyi" ilə əlaqədar "Fəxri Fərman" 1986. Lenin ordeni 1987. "Əmək veteranı" medalı 1988. "Rabitə Ustası" 2006. "Prezident Təqaüdü"

Əlavə məlumatlar "Azərbaycan SSRİ Rabitə Nazirliyinin Fəxri kitabı" (1984) "SSRİ Rabitə Nazirliyinin Fəxri" kitabı (1987) Rabitə Nazirliyinin "Fəxri Rabitəçilər" kitabı (2003) "Rabitəçilər Qarabağ Savaşında" (2006)

İstinadlar

Həmçinin bax Astara rayonu Tüləküvan Ömər Əliyev

Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri