"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur.
Tarixi thumb|left|Meksikada "Los Mantiales" restoranı
"Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir.
Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Əvvəlcə kafeni Xəzər dənizinin sahilində yerləşdirmə planları olsa da, 1970-ci illərdə dəniz sürətlə geri çəkilməyə başladıqdan sonra "Mirvari" quruda qaldı.
Sovet dövründə kafe simvolik olaraq bulvarı "dəbdəbəli" qərb hissəsinə və "bədbəxt" şərq hissəsinə bölürdü.
2008-ci ildə kafedə bərpaolunma işləri görülüb.Буланова О. Жемчужина стиля // Эхо : газета. — 2015. — 15 августа. Bərpaolunma Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Dənizkənarı Milli Parka gələrək, kafedə həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.AzərTAc. Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur (азерб.) // Azərbaycan : газета. — 2009. — 26 iyun. — S. 2.
2017-ci ilin dekabrın 11-i, saat 22:00 radələrində "Mirvari" kafesinin üzərinə ağac düşüb. Nəticədə restoranın dam örtüyü zədələnib. Hadisə zamanı xəsarət alan olmayıb.
Memarlıq 200px|thumb|right|1960-cı illərdə "Mirvari" kafesi Modernist üslubda dizayn edilmiş kafedə, kultun düz bucaqdan əyri orqanik formalara keçidi diqqət çəkir.Дариева, Цыпылма. Стерилизуя публичное пространство? Бакинская набережная как променад истории. // Неприкосновенный запас 6 (2011): 80. Kafe mirvarinin qabığı şəklində dəmir-betondan tikilib. Kafenin interyeri böyük dalğa üslubunda formalaşmışdır.Советское декоративное искусство 1945–1975. — М.: Искусство, 1989. — С. 237. — 392 с.
50 qonaq üçün hazırlanan kafe, 5 sm qalınlığında hiperbolik paraboloidlərdən ibarət 8 qabıqdan ibarətdir. Bakı buxtası pavilyonun terrasından görünür. Sənətşünas Leonid Bretanitskinin sözlərinə görə, zərif və cəlbedici kafenin pavilyonu təəssürat yeri çox yaxşı seçilməyən və düşünülməmiş plan quruluşu səbəbindən itirilir. Memar Ənvər Qasımzadənin sözlərinə görə, kafe binasının arxitekturası "Sovet xalqının estetik ideallarına yaddır və sosialist realizminin ən vacib tələblərindən — doğruluqdan, tarixi konkretlikdən, ideoloji istəkdən uzaqdır".
İstinadlar
Xarici keçidlər Bakının memarlıq incilərindən… Bulvarda cibinizi soyacaqlar, həm də gözünüz görə-görə…
Kateqoriya:1961-ci ildə yarananlar Kateqoriya:Kafelər Kateqoriya:Bakı bulvarı Kateqoriya:Bakıdakı binalar və tikililər